Rəcəb Tayyib Ərdoğan: “Turizm gəlirlərində bütün zamanların rekordunu qırdıq”
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ölkənin turizmdən əldə etdiyi gəlirlərlə bağlı nikbin açıqlama verib.
Resorting.az-ın Türkiyə mediasına istinadən xəbərinə görə, Ərdoğan ölkənin turizm gəlirlərində bütün zamanların rekordunu qırdığını bildirib:
“Turizm sahəsində də keçən həftə sevindirici xəbərlər aldıq. 2025-ci ilin ilk 6 ayında 25,8 milyard dollar gəlirlə bütün zamanların rekordu qırıldı. Bu, keçən ilin eyni dövrü ilə müqayisədə 7,6% artım deməkdir.
Bu ilin ilk 6 ayında ölkəmizdə 26 milyon 389 min ziyarətçini qəbul etdik. 2025-ci ilin ilk 6 ayında xarici turistlərin gecəlik xərcləri 10% artaraq 121 dollara yüksəlib”.
“2025-ci ilin sonu üçün hədəfimiz olan 64 milyard dollar turizm gəlirinə doğru inamlı addımlarla irəliləyirik”, – deyə Ərdoğan vurğulayıb.