X.com/fabrizioromano xəbər verir ki, “Real Madrid” Argentinanın “River Pleyt” klubundan 17 yaşlı vinger Franko Mastantuononu transfer edəcək.
Transfer qiyməti 45 milyon dollar olacaq. Ulusal.az xəbər verir ki, Kral klubu Franko Mastantuono ilə 6 illik müqavilə imzalayacaq.
“River Pleyt” futbolçunu iyun-iyul aylarında ABŞ-da keçiriləcək Klublararası Dünya Çempionatında öz heyətində görmək istəyir.
Franko Mastantuono “River Pleyt”də 61 oyun keçirib, 10 qol vurub və 7 məhsuldar ötürmə edib.