image-rt-reklam
image-1backend

“Real” Arda Gülərin sayəsində finala yüksəldi”

image-728x90

“Real”ın müdafiəçisi Antonio Rüdiger İspaniya kubokunun yarımfinal mərhələsinin “Real Sosyedad”la cavab oyunda (4:4) haqda fikirlərini bölüşüb.

Ulusal.az xəbər verir ki, o, türkiyəli yarımmüdafiəçi Arda Gülərin sayəsində Madrid komandasının finala yüksəldiyini deyib:

“Gülərin ötürməsi əla, çox yaxşı və mənim üçün rahat idi. Onun əziyyətini əla formada başa vurdum və bunun sayəsində finala yüksəldik”.

Qeyd edək ki, matçın əsas vaxtı Baskoniya klubunun 4:3 hesablı qələbəsi başa çatıb. Madriddə keçirilən ilk qarşılaşmada “qalaktikos” 1:0 hesabı ilə qalib gəldiyindən əlavə vaxta ehtiyac duyulub. Nəticədə Rüdigerin 115-ci dəqiqədə vurduğu qol sayəsində “Real” ümumi hesabda (5:4) önə keçərək finala vəsiqə qazanıb.

Karlo Ançelottinin komandası həlledici matçda “Atletiko” – “Barselona” matçının (ilk oyun – 4:4) qalibi ilə oynayacaq. Sözügedən görüş bu gün baş tutacaq.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90