image-rt-reklam
image-1backend

Rayonda dincəlmək bir ailəyə neçəyə başa gəlir? – Otellər, kirayə evlər…

image-728x90
Yayın son həftələrini yaşayırıq. Lakin hələ də istirahətə gedə bilməyən ailələr var.
 
Bəs 1 ailəyə rayonlarda dincəlmək neçəyə başa gəlir?
 

Məsələ ilə bağlı Bakupost.az -a açıqlama verən iqtisadçı ekspert Natiq Cəfərli ayrı-ayrı rayonlarda qiymətlərin fərqli olduğunu bildirib.
Onun sözlərinə görə, 4 nəfərlik bir ailənin rayonalrda 1 həftəlik istirahəti 400 manata da, 500-ı dı başa gələ bilər:
“Bu baxır, həmin ailə harada qalır, neçə dəfə qidalanır və s. Burada söhbət minimum xərclərdən gedir. Məsələn, 5 ulduzlu oteldə qalsalar, orada minimum 2 nömrə götürməlidirlər. Hər nömrə ən azı 150 manatdır. 150 manatdan 2 otaq və 1 həftə qalmaq 2100 manat edir. Yeməkləri, yol xərclərini də əlavə etsək, ailənin xərcləri təxminən 4 min manatadək yüksələ bilər. Yəni adambaşı min manat. O qiymətə 4 nəfərlik bir ailə Türkiyənin istənilən kurortunda da dincələ bilər. Bu baxımdan, Azərbaycan rayonlarında qiymətlər kifayət qədər yüksəkdir”.
Turizm eksperti Ceyhun Aşurov isə bildirib ki, regionlarda otellərdə, kirayə evlərdə kifayət qədər turistlər var:
“Keçən illə müqayisədə deməzdim ki, ciddi artım var. Ötən illərdə müəyyən məhdudiyyətlər var idisə, daha çox yerli qonaqlar istirahət edirdisə, indi artıq xarici qonaqlar da regionlara səfər edirlər, müxtəlif otellərdə, villarlarda qalırlar. Otellərin doluluq səviyyəsi yüksəkdir. Buna müvafiq olaraq qiymətlər tətbiq olunur. Çünki tələbat yüksəkdir”.
Ekspert qiymətlərə də toxunub:
“Qiymətlər müxtəlifdir. Qeyri-mövsümdə kənd evləri 50 manat, bəzənsə daha aşağı idisə, artıq mövsümdə 100 manatdan başlayır. Elə villalar var ki, turistlərə 400-500 manata təklif olunur. Otellərin qiyməti isə təxminən 100 manatdan başlayır. Otellərin içərisində olan villaların kirayəsi də 400-500 manatdan başlayır. Buraya səhər yeməyi daxildir. İstənilən halda kənd evləri, ayrıca villalar bəzən adam sayına görə daha sərfəli olur. Daha çox adam geniş evlərdə, villalarda qaldığı üçün qiymətlər münasib olur”.
image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90