image-2000x150
image-1backend

Ramin Əhmədovu kimlər hədəf seçib?

image-728x90

Bu il növbədənkənar parlament seçkilərinin baş tutacağı gözlənilir.  Artıq bir sıra siyasi qüvvələr öz rəqiblərini sıradan çıxarmaq üçün hərəkətə keçiblər.

Bəllidir ki, ilk olaraq daha çox şansı olan gələcək namizədələrə qarşı çirkin oyunlar qurulur. Hədəfə alınan ilk şanlı şəxs isə Ramil Əhmədovdur. Son parlament seçkilərində Bakı şəhəri Yasamal rayonundan namizədliyini irəli sürən və seçiləcəyi heç kəsə şübhə doğurmayan, amma son anda seçki prosesindən çəkilən Ramin Əhmədovu ciddi rəqib kimi qəbul edirlər.  Artıq bəzi siyasi qüvvələr sosial şəbəkənin Azərbaycan seqmentində Ramin Əhmədova qarşı çirkin  qaralama kompaniyasına start veriblər. Maraqlıdır ki, bu dəfə bəzi qüvvələr ölkə xaricində olan, xarici kəşfiyyat orqanları tərəfindən maliyyələşdirilən dırnaqarası bloggerlərdən istifadə edirlər. Daha bir maraqlı nüans isə bu qaralama kompaniyasının indidən kimin tərəfindən başladılmasıdır?

Bütün diqqətlər sözsüz ki, vaxtilə Ramin Əhmədovun rəqibi olan, müxalifətin bir zamanlar ən şanlı namizədi statusunu alan Erkin Qədirliyə yönəlir. Bu kompaniyanın xaricdən yönləndirilməsi onu deməyə əsas verir ki, Erkin Qədirli parlamentdə sonuncu dəfə olduğunu anlayır və indidən rəqiblərinə qarşı iyrənc oyuna start verib.

Başqa bir nüans isə seçkiyə start verilən ərəfədə meydana çıxacaq. O zaman bu siyasi avantüristlərin kim olduğu bəlli olacaq…

Uzun illərdir öz xeyriyyəçilik missiyasını davam etdirən Ramin Əhmədovun parlamentə öz namizədliyini verəcəyi belə qərara alınmayıb. Görünür Ramin Əhmədovun rəqibləri indidən öz fəaliyyətlərinə başlayıblar.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90