image-2000x150
image-1backend

“Rahat” alıcıları aldadıb – PROTOKOL

image-728x90

“Rahat” supermarketlərin daxil olduğu “ANC group” Məhdud Məsuliyyətli Cəmiyyətinə inzibati protokol yazılıb.

Ulusal.az-ın xəbərinə görə, MMC barəsində İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən İnzibati Xətalar Məcəlləsinin 447.0.1-ci (mal satan və ya əhaliyə xidmət göstərən şəxslər tərəfindən malın (xidmətin) ölçüsünə, çəkisinə, hesabına, habelə istehlak xüsusiyyətinə və ya keyfiyyətinə dair istehlakçıların az miqdarda aldadılmasına görə fiziki şəxslər üç yüz əlli manatdan beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə, hüquqi şəxslər dörd min manatdan altı min manatadək məbləğdə cərimə edilir) maddəsi ilə inzibati protokol tərtib edilib. Daha sonra protokol baxılması üçün Yasamal Rayon Məhkəməsinə göndərilib.

İş Xətai Rayon Məhkəməsinin hakimi Fuad Axundovun icraatındadır.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90