image-rt-reklam
image-1backend

Qurban Qurbanovdan “Kopenhagen” AÇIQLAMASI

image-728x90

“Bizim üçün çempionatda hər oyun vacibdir. “Kopenhagen”lə matçı düşünmürdük. Sadəcə, ola bilər ki, heyət həmin oyuna görə formalaşıb. Çempionlar Liqası matçında 1-2 dəyişiklik ola bilər. Bunlar tam fərqli oyunlardır”.

Bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov deyib.

“Rəqiblər fərqlidir. Burada başqa cür hücumlar edirik, orada başqa fikirlər olacaq.

“Qəbələ” 5 müdafiəçi ilə oynayır, “Kopenhagen” isə 4 müdafiəçi ilə. Bəzən onlar da “beşli” müdafiə sistemində oynayır. Dünən bu sistemlə oynadılar. Bakıda fərqli sistem ola bilər.

Futbolçuların idman formasında bir az balans yox idi. “Araz-Naxçıvan”la matçda rotasiyalar etmişdik. “Kopenhagen”lə oyunda futbolçuların hazırlıq səviyyəsi yaxşı olmalıdır”, – Q.Qurbanov qeyd edib. (sportinfo.az)

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90