image-2000x150
image-1backend

Qurban Qurbanov dünya reytinqində irəlilədi

image-728x90

Baş məşqçilərin yeni reytinqi açıqlanıb.Ulusal.az xəbər verir ki, siyahıda dünyanın ən yaxşı 500 mütəxəssisi yer alıb.

Cədvəldə yenə Azərbaycanın bir məşqçisi yer alır. Belə ki, “Qarabağ”ın çalışdırıcısı Qurban Qurbanov 1 pillə irəliləyib. 52 yaşlı mütəxəssis 1670 xalla 139-cu yerə yüksəlib.

“Neftçi”nin baş məşqçisi Miodraq Bojoviç də mövqeyini yaxşılaşdırıb. Bir pilləlik irəliləyişə nail olan monteneqrolu 1616 xalla 195-cidi.

Qeyd edək ki, siyahıya 2221 xalla “Mançester Siti”nin baş məşqçisi Pep Qvardiola başçılıq edir.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90