1 sentyabrda keçiriləcək növbədənkənar parlament seçkilərində 59 saylı Quba seçki dairəsindən Yeni Azərbaycan Partiyası tərəfindən deputatlığa namizəd Əlibala Məhərrəmzadənin görüşləri davam edir.
Əlibala Məhərrəmzadə təbliğat və təşviqat mərhələsində bu günə qədər Qubanın bütün kəndlərində seçicilərlə görüşlər keçirib. Əlibala Məhərrəmzadə bu görüşlərdə Yeni Azərbaycan Partiyasının platforması haqqında məlumat verib, insanların sosial qayğıları ilə maraqlanıb.
Əlibala Məhərrəmzadə Prezident İlham Əliyev tərəfindən regionların inkişafı ilə bağlı həyata keçirilən uğurlu siyasət barədə məlumat verib, həmçinin ölkə başçısının rəhbərliyi altında həyata keçirilən genişmiqyaslı islahatlar və inkişaf proqramlarının əhəmiyyətini qeyd edib və dövlət siyasətinin tam şəkildə dəstəkləndiyini bildirib.
Bütün qəsəbə və kəndlərdə Əlibala Məhərrəmzadə seçki platformasını təqdim edərək öz təklif və fikirlərini seçicilərlə bölüşüb, həmçinin rayon sakinlərinin problemlərini dinləyib. Seçicilər isə təqdim edilən proqram və layihələrə dair öz suallarını ünvanlayıblar.
Uzun müddətdir ki, Qubada bir çox lahiyələr həyata keçirən Əlibala Məhərrəmzadə bundan sonra da bu sosial işlərin həyata keçirilməsi üçün çalışacağını bildirib. Görüşlərdə iştirak edən seçicilər Əlibala Məhərrəmzadənin həyata keçirdiyi işlərin bölgələrin inkişafına müsbət təsir etdiyini qeyd ediblər. Seçicilər Quba üçün vacib olan işlər həyata keçirən Əlibala Məhərrəmzadə üçün səfərbər olduqlarını dilə gətiriblər.