Qubada restoranda dava-dalaş salan şəxs saxlanılıb.
Ulusal.az-ın əldə etdiyi məlumata görə, hadisə Quba şəhəri Həsən Əliyev küçəsində yerləşən “Nace Time” restoranında baş verib.
Kafedə istirahət edən Quba sakini 1986-cı il təvəllüdlü M. Məmmədov sərxoş halda dava salıb. O, hesabın çox olduğunu deyərək ödəniş etməkdən boyun qaçırıb. Hadisə yerinə polis dəvət edilsə də, 38 yaşlı kişi hərəkətlərinə davam edib.
Daha sonra o, saxlanılaraq Quba RPŞ-yə aparılıb və barəsində inzibati protokol tərtib edilib.
Quba Rayon Məhkəməsinin qərarı ilə M. Məmmədov 200 manat cərimə edilib və sərbəst buraxılıb.