Redaksiyamıza Quba-Xaçmaz Regional Mədəniyyət İdarəsinin İnzibati-təşkilati iş sektorunun aparıcı məsləhətçisi Fərid Musayev (sənəd və vətəndaşlarla iş üzrə) barədə şikayət məktubu daxil olub. Şikayətçi, vətəndaş Əli Abbasov iddia edir ki, işin həll olunması üçün Fərid Musayevə 5 000 manat verib. Vətəndaş dəfələrlə Fərid Musayevlə telefon əlaqəsi saxlayıb və işin həll olunacağına dair söz verib. Lakin Musayev nə pulu qaytarıb, nə də vətəndaşın işini həll edib, sadəcə “bu gün, sabah” deyərək məsələni uzadıb.
Şikayətlə bağlı Fərid Musayevlə əlaqə saxladıq. O, əvvəlcə pulu almadığını bildirərək rədd etsə də, daha sonra “iki gün vaxt verin” deyib və telefonu söndürüb.
Qeyd edək ki, şikayətçi tərəfindən redaksiyamıza sübut məqsədilə səs yazıları da təqdim olunub.
Mədəniyyət sahəsində çalışan Fərid Musayevin pul qarşılığında iş görməsi mədəniyyətə xidmət deyil, əksinə, bu, etibarsız davranış və vətəndaşlara qarşı haqsızlıq hesab edilə bilər. Əminik ki, bu məqalədən sonra Fərid Musayevlə bağlı ciddi tədbirlər görüləcək.
Qarşı tərəfin mövqeyini öyrənmək məqsədilə Musayevə sorğu göndərilsə də cavab ala bilmədik.
Mövzunu davam edəcəyik…yenifikir.media