image-2000x150
image-1backend

Qorxunc iddia: İnternet erası sona çatır, beynlər bir-birinə bağlanacaq

image-728x90

Amerikalı fizik və yazıçı Michio Kaku deyir ki, internet erası sona çatır, beynimiz birbaşa bir-birinə bağlı olacaq.

Ulusal.az xəbər verir ki, Nyu York Şəhər Universitetində nəzəri fizika professoru olan Kakunun keçən il “Kvant üstünlüyü” adlı 11 kitabı nəşr olunub.

Kaku kvant dövründə istehsal edilən texnologiya və kompüterlərin xəstəliklərin müalicəsindən kütlələrin qidalanmasına qədər bəşəriyyətin ən böyük problemlərinə köklü həllər gətirəcəyini düşünür:

“Xərçəngi kompüterlərin köməyi ilə müalicə edə bilərik. Bunun şiş əmələ gəlməzdən 10 il əvvəl olacağını bilə və ona uyğun müdaxilə edə bilərik. Hazırda ABŞ-da xərçəngə qan testi ilə diaqnoz qoymaq olar. Bu tip testlər daha çox yayılacaq”.

“Gələcəyin interneti rəqəmsal olmayacaq. Rəqəmsal çox asta və kobuddur. Gələcəyin interneti beyinlə birləşən kvant interneti olacaq. Onun adı Brainet (Brain-net) olacaq. Düşündüyünüz şeyləri dünyanın başqa bir hissəsinə göndərə və düşünərək başqaları ilə qarşılıqlı əlaqə qura biləcəksiniz”, – fizik deyib.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90