image-2000x150
image-bez-nazvaniyabackend

“Qorqud” Vikipediya Metodik Klubun könüllüləri Makinskilər haqqında məqalələr yaratdılar

image-728x90

“Qorqud” Vikipediya Metodik Klubun könüllüləri açıq ensiklopediyada İrəvanın tanınmış bəy nəsli Makinskilər barədə müxtəlif dillərdə məqalələr yaratmaqda davam edirlər. Ulusal.az xəbər verir ki, bu barədə millət vəkili Elnur Alahverdiyev sosial şəbəkə hesabından məlumat paylaşıb.

“Ötən həftə könülülərimiz Pənah xan Makinskinin evi barədə türk və ingilis dillərində məqalələri Vikipediyada yerləşdiriblər. Eyni zamanda, Makinskilərin daha bir tanınmış üzvü – Zülfüqar Makinski barədə məqalə də Azərbaycan və türk dilinə yaradılıb. Zülfüqar bəy Azərbaycan Xalq Cümhuriyyətinin önəmli simalarından olub, o vaxtkı Ermənistanın I çağırış parlamentinin deputatı seçilib.” -deyə millət vəkili əlavə edib.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90