Ermənistanın iqtisadiyyat naziri Qevork Papoyan Gürcüstandan nəqliyyat əlaqələrini təmin etmək üçün məmur təyin etməyi xahiş edib.
Bu barədə “Hraparak” qəzeti yazıb.Amma Gürcüstan tərəfi onun bu təklifini qəbul etməyib.
“Papoyan təklif edib ki, məsələn, Gürcüstan tərəfi ilə erməni istehsalçıları arasında əlaqəni təmin edəcək Gürcüstanın Ermənistandakı səfirliyinin əməkdaşı, Ermənistana konyak və digər mallarla yük maşınlarının gömrük məntəqəsindən keçməsi, növbələr, mallardan nümunələrin götürülməsi və digər məsələlər barədə məlumat versin.
Lakin gürcü tərəfi Papoyanın təklifindən imtina edib. Bu məlumatla bağlı Ermənistan İqtisadiyyat Nazirliyi ilə əlaqə saxlasaq da, onlar bizim məlumatı şərh etməkdən imtina etdilər. Məsələ burasındadır ki, bu hakimiyyət nəinki Türkiyə-Azərbaycan, İran və Rusiya hakimiyyətləri ilə, hətta mütəmadi səfər etdikləri, qucaqlaşaraq şəkil çəkdirdikləri dost gürcülərlə də normal işləmək iqtidarında deyil”, – məlumatda deyilir.






















