image-2000x150
image-1678789472_azad-veten-partiyasibackend

Qlobal problemlərin müzakirə meydanında ermənilər ifşa olunmalıdır

image-728x90

Bir neçə il bundan əvvəl, VI Qlobal Bakı Forumu çərçivəsində Latviyanın keçmiş prezidenti Valdis Zatlers demişdi: “Azərbaycan regionun lideridir və qlobal müzakirələr üçün bir platformadır”. “Dünya bu gün: Çağırışlar və ümidlər” mövzusunda keçirilmiş növbəti X Qlobal Bakı Forumu bu tezisi bir daha təsdiqlədi. Forumun dünya çatında ciddi nüfuz qazanıb. Buna görə də burada aparılan müzakirələrin dünya auditoriyasına çatdırılması və təsir dairəsinin genişləndirilməsi ciddi nəticələr verir. Buna görə də X Qlobal Bakı Forumunun tribunasından səslənən “Ermənistan azərbaycanlılara qarşı etnik təmizləmə siyasəti aparıb, onları Qarabağdan sürgün salıb və bir milyon azərbaycanlıya əzab-əziyyət verib. Münaqişəni dinc yolla həll etmək və erməni qoşunlarının Azərbaycan ərazilərindən dərhal, tam və qeyd-şərtsiz çıxarılmasını tələb edən BMT-nin Təhlükəsizlik Şurasının qətnamələrini icra etmək üçün Ermənistanı inandırmaq cəhdlərimizə baxmayaraq, Ermənistan, sadəcə, BMT-nin Təhlükəsizlik Şurasının qətnamələrinə məhəl qoymadı və beynəlxalq hüquqa, beynəlxalq ictimaiyyətə hörmətsizlik göstərdi” fikirləri təqdirəlayiqdir.

Ermənilərin Azərbaycan torpaqlarına köçürülməsi, yerləşdirilməsi və xalqımıza qarşı törətdikləri soyqırımlar tarixi faktlarla sübut olunub. Erməni millətçilərinin təcavüzkar siyasəti nəticəsində XX əsrdə azərbaycanlıların 4 dəfə – 1905-1906-cı, 1918-1920-ci, 1948-1953-cü və 1988-1993-cü illərdə soyqırımı və etnik təmizləmələrə məruz qalması mənbələrdə aydın göstərilir.

XIX əsrin sonunda – 1885-ci ildə Marseldə “Armenakan”, 1887-ci ildə Cenevrədə “Hnçaq”, 1890-cı ildə isə Tiflisdə “Daşnaksütyun” partiyalarını yaratdıqdan sonra ermənilərin “böyük Ermənistan” yaratmaq iddiaları yeni mərhələyə qədəm qoyub və onlar öz məqsədlərinə çatmaq üçün xarici himayədarların köməyi ilə müxtəlif vaxtlarda türk-müsəlman əhalisinə qarşı dəhşətli terror və soyqırımı həyata keçirməklə etnik təmizləmə siyasəti aparıblar.
1918-1920-ci illərdə ermənilər tərəfindən törədilmiş soyqırımlarının Bakı, Quba, Şamaxı ilə yanaşı, Şuşada, İrəvan quberniyası ərazisində, Zəngəzurda, Naxçıvanda, Şərurda, Ordubadda, Qarsda və başqa bölgələrdə davam etdirilməsi nəticəsində on minlərlə azərbaycanlının qətlə yetirilməsi inkaredilməz faktdır.

1992-ci il fevralın 26-da Ermənistan silahlı qüvvələri tərəfindən Xocalı şəhərinin işğalı zamanı dinc azərbaycanlı əhaliyə qarşı törədilmiş vəhşiliklər bütün insanlığa qarşı ən ağır cinayətlərdən biridir. Xocalı soyqırımı dünya tarixində heç vaxt unudulmayan Xatın, Xirosima, Naqasaki, Sonqmi, Ruanda, Srebrenitsa və Holokost kimi dəhşətli soyqırımlarla yanaşı durur.

Supergüclərin hökmranlıq etdiyi indiki tarixi dövrdə Azərbaycanın öz gücünə torpaqlarını işğaldan azad etməsi beynəlxalq aləmdə paradoksal vəziyyət sayıla bilər. Real güclər aləmində bu “mümkün olmayanın həyata keçirilməsi” kimi görünə bilər. Lakin bu fakt Azərbaycanın da real gücə malik olmasının göstəricisidir. İndi biz qalib ölkəyik və düşməni axıradək – sülhün təntənəsinə qədər qovmalıyıq. Təbii ki, sülh yaratmaqla yanaşı canilər əməllərinə görə də cavab verməlidirlər. Tarix bunun şahidi olacaq.

AzVP İnformasiya və təhlil mərkəzi

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90