image-rt-reklam
image-img-20240315-wa0005backend

Qlobal Bakı Forumu iştirakçılarınin tərkibi onun əhəmiyyətini göstərir

image-728x90

Qlobal Bakı Forumları dünyanı narahat edən vacib məsələləri müzakirə edilən beynəlxalq əhəmiyyətli platformaya çevrilmişdir. Martın 14-16-da keçirilən forum sayca on birincidir. XI Qlobal Bakı Forumunda bu gün dünya üçün daha çox vacib məsələlər müzakirə olunub. Qlobal Forumun təşəbüsçüsü Azərbaycandır. Ölkəmiz bu forumları keçirməklə dünya ictimaiyyətinin diqqətini Azərbaycana cəlb edir və dünya birliyinin ləyaqətli üzvü olduğumuzu nümayiş etdirir.

Forumun mövzusu Parçalanmış dünyanın bərpasıdır. Bəli, bu gün dünya nizamında tarixdə heç vaxt olmadığı kimi parçalanmalar baş vermişdir. Təəssüf ki, son illər dünya gücləri münaqişələri diplomatik yollarla həll etməkdən daha çox silahların işlədilməsinə yönəldiltmişdir. Rusiya Ukrayna və İsrail Fələstin müharibələri dünyanı Üçüncü Dünya Müharibəsinin başlanılması səviyyəsinə gətirib çıxartmışdır. Bu baxımdan parçalanmış dünyanın bərpası məsələsi bu gün heç vaxt olmadığı qədər vacibdir. Azərbaycan öz ərazilərində suverenliyini bərpa etməklə pozulmuş beynəlxalq hüququn bərpası məsləsinə töhfə vermiş, dünyada baş verən münaqişələrin dayandırılmasının nümunəsini təqdim etmişdir.
Forumdakı çıxışında Azərbaycan Prezidenti cənab İlham Əliyev Azərbaycanın qeyri-qanuni işğalın qurbanı olduğu və etnik təmizləməyə məruz qaldığını bildirərək qeyd edib: “Bütün tarixi faktlar tam aydın idi və biz ədaləti, beynəlxalq hüququ özümüz bərpa etdik. Heç kəs bizə kömək etmədi. Biz bunu özümüz etdik və göstərdik ki, güclü siyasi iradəmiz, həmçinin potensialımız var. Çünki güclü hərbi imkanlar və xalqın birliyi olmadan biz uğur qazana bilməzdik”.
Bu gün işğaldan azad olunmuş ərazilərin sürətlə yenidən qurulub bərpasının həyata keçirilməsi və keçmiş məcburi köçkünlərin öz ata yurdlarına qayıtması dünya üçün etalondur. Amma təəssüf ki, bu gün yeni müharibələrin başlanmasına rəvac verən güclər regionumuzda sabitliyin yaranmasını həzm edə bilmir. Təbii ki, bu məsələnin forumda müzakirə edilməsi dünyaya bir çağırış olmuşdur.
XI Qlobal Bakı Forumunda həm də iqlim dəyişiklikləri, sağlamlıq, pandemiya, yeni texnologiyalar məsələləri də müzakirə edilib. Bu gün iqlim dəyişikliklərə qarşı mübarizədə dünyada həmrəyliyin yaradılması heç vaxt olmadığı qədər vacibdir. Baş verən iqlim dəyişiklikləri planetimizin istiləşməsinə yol açır. Bu da quraqlıqların, daşqınların çoxalması ilə dünya əhalisini yeni fəlakətlərlə qarşılaşdırır. O cümlədən iqlim dəyişiklikləri Azərbaycandan da fəsadlarsız keçmir. Ölkəmizin şirin su ehtiyatları azalmaqdadır. O cümlədən Xəzər dənizinin səviyyəsinin sürətlə azalması bizi və Xəzəryanı ölkləri yeni problemlərlə üzləşdirir. Bu baxımdan iqlim dəyişiklikləri ilə bağlı məsələ heç də davam edən müharibələrdən az aktual məsələ deyil. Azıərbaycan qlobal iqlim dəyişikliklərə qarşı mübarizədə könüllü öhdəlik götürmüşdür. Belə ki, 2030 cu ilə qədər istehsal olunan elektrik enerjisinin 35%-ni, yəni 5 qiqavatı bərpa olunan enerji üzərinə keçirilməsi planlaşdırmışdır.
Bu ilin noyabrında Bakıda keçiriləcək COP 29 beynəlxalq konfransa da iqlim dəyikliklərinin müzakirəsinə dünyanın liderleri qoşulacaqdır. COP 29-nun yüksək səviyyədə keçirilməsi iqlim dəyişikliklərinə qarşı mübarizədə həmrəyliyin əldə olunmasının nə qədər vacib olduğunu göstərir. Forumda müzakirə olunan pandemiya və yeni texnologiyalarla bağlı mövzular da dünya üçün çox əhəmiyyətli məsələrdir. Ümumdünya Səhiyyə Təşkilatı COVİD infeksiyasının yeni növlərinə qarşı mübarizənin qlobal şəkildə aparılması üçün çağırışlar edilib. COVİD-19-un dünya üçün yaratdığı problemlərin yenidən təkrarlanmaması üçün vaxtında qabaqlayıcı tədbirlərin görülməsi vacibdir.
Qlobal Bakı Forumları dünyada baş verən qlobal problemlərin müzakirəsi və həlli yollarının araşdırılması baxımından nüfuzlu platformaya çevrilmişdir. Forumda 400-ə yaxın qonaq, o cümlədən fəaliyyıətə olan və keçmiş prezidentlər, baş nazirlər, beynəxalq təşkilatıların rəhbərləri, alimlər, siyasətçilər iştirak ediblər. Bu, bir daha Qlobal Forumun əhəmiyyətini göstərir.

Kübra Cabbarova – əməkdar həkim

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90