image-rt-reklam
image-1backend

Qızıl qulaqlığına görə Bakıdakı idman zalına buraxılmadı

image-728x90

Tanınmış bloger Hüseyn Həsənov bir müddətdir Bakıda getdiyi idman zalına buraxılmayıb.

Bu barədə o, sosial şəbəkədə məlumat yayıb. Hüseyn bunun səbəbini belə izah edib:

“Bu gün öz komandama idman zalı üçün aylıq abunəlik aldım. Qeydiyyat şöbəsində mənə dedilər ki, rəhbərlik sizin abunəliyinizin uzadılmasını istəmir. Serbiyadan olan rəhbərlə görüşdüm və problemin nədə olduğunu soruşdum. Mənə dedi ki, idman zalında qızıl qulaqlıq taxmağım və cangüdənimin əzələlərini nümayiş etdirməsi onun xoşuna gəlmir. Cavab verdim ki, bu sözlərdən sonra sizin zala gəlmək istəmirəm, abunəlik pulunu geri qaytarın. Mənə pulun geri qaytarılmasının mümkün olmadığını dedilər. Pul sizin olsun, sizin üçün yaxşı reklam edəcəyəm cavabını verdim”. (Axşam.az)

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90