image-2000x150
image-img-20230421-wa0018backend

Qırğızstan Parlamentində Heydər Əliyevin 100 illiyinə həsr olunmuş konfrans keçirildi – FOTOLAR

image-728x90

Qırğızstan Respublikasında Heydər Əliyevin 100 illik yubileyi münasibətilə tədbirlər davam edir. Ulusal.az xəbər verir ki, bu gün Bişkek şəhərində Qırğızstan Parlamentinin binasında Heydər Əliyevin 100 illiyinə həsr olunmuş konfrans keçirilib. Konfransı giriş sözü ilə Qırğızstan Respublikası parlamentinin sədr müavini Nurbek Sıdıqalıyev açıb.

Azərbaycan Respublikasının Qırğızstandakı Fövqəladə və səlahiyyətli səfiri Lətif Qəndilov konfransa moderatorluq edib. Konfransda çıxış edən Qırğızstan Respublikasının Dövlət Katibi Suyunbek Kasmambetov Qırğızstan Respublikasının prezidenti Sadır Japarovun konfrans iştirakçılarına müraciətini oxudu. Daha sonra Baş nazirin müavini Bakıt Torobayev, Xarici İşlər Nazirinin müavini Aybek Moldoqaziyev, , Qırğızstan Respublikası Təhlükəsizlik Şurasının katibi Marat İmankulov, Qırğızstan Parlamentində Qırğızstan- Azərbaycan dostluq qrupunun rəhbəri deputat İsgəndər Matraimov, Türk Dövlətləri Təşkilatının Ağsaqqallar Şurasının üzvü, sabiq spiker Mədətxan Şerimkulov, Azərbaycan Respublikası Milli Məclisinin üzvləri Musa Qasımov və Cavanşir Feyziyev, Rusiya Federasiyasının Qırğızstan Respublikasında səlahiyyətli və fövqəladə səfiri Nikolay Udoviçenko Heydər Əliyevin həyat və fəaliyyəti ilə bağlı çıxışlar ediblər.

1990- cı illərdə Qırğızstan Parlamentinə sədrlik etmiş cənab Mədətxan Şerimkulov konfrans iştirakçıları qarşısında Heydər Əliyevlə bağlı xatirələrini bölüşüb. Sabiq spiker H.Əliyevlə dəfələrlə görüşdüyünü və onun diplomatik məharətinə heyran qaldıöını bildirdi. Cənab Şerimkulov bildirdi ki, 1994-cü ilin 5 may tarixində Azərbaycanla Ermənistan arasında atəşkəs haqqında razılaşmanın imzalanması məhz bu gün konfransın keçirildiyi salonda onun moderatorluğu ilə baş tutmuşdur.
Konfransda həmçinin Qırğızstan Respublikasının tanınmış ictimai- siyasi və elm xadimləri, Azərbaycan diaspora təşkilatlarının rəhbərləri iştirak ediblər.

Konfransın gedişində Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən video- çarxlar nümayiş etdirilib. Konfransın sonunda millət vəkili Cavanşir Feyziyevin qırğız dilində çap olunmuş 5- cildlik “Türk Dünyası” kitablarının təqdimatı olub. Konfransda yekun nitqi ilə çıxış edən Səfir Lətif Qəndilov Heydər Əliyevin bütün türk xalqlarına, o cümlədən qırğız xalqına bəslədiyi doğmalıq münasibətindən danışıb.

Səfir L.Qəndilov Heydər Əliyevin müasir Azərbaycan dövlətinin memarı olduğunu, öz fəaliyyəti ilə nəinki Azərbaycanda, həm də bölgədə və dünyada gedən proseslərə təsir etmək gücündə olan nəhəng siyasətçi olduğunu vurğulayıb. Səfir konfransın işində iştirak edən dövlət və parlament nümayəndələrinə, ictimai-siyasi təşkilatların və ziyalıların təmsilçilərinə dərin minnətdarlığını bildirib.
Ulusal.az

image-img-20230421-wa0022 image-img-20230421-wa0023 image-img-20230421-wa0019 image-img-20230421-wa0020 image-img-20230421-wa0021 image-img-20230421-wa0018

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90