image-rt-reklam
image-1backend

Qırğızıstan prezidenti ölüm hökmünü bərpa edir

image-728x90

Qırğızıstan Prezidenti Sadır Japarov xüsusilə ağır cinayətlərə görə ölkədə ölüm hökmünün yenidən tətbiq olunmasını təklif edib. Ulusal.az xəbər verir ki, bu barədə dövlət başçısının mətbuat katibi Askat Alagozov məlumat verib.

Onun sözlərinə görə, prezident administrasiyanın hüquqi təminat departamentinin rəhbəri Murat Ukuşevə uşaqlar, qadınlar və qızlara qarşı törədilən cinayətlərə görə cəzaların sərtləşdirilməsini nəzərdə tutan qanunvericilik dəyişikliklərinin hazırlanması ilə bağlı göstəriş verib.

Təklif olunan düzəlişlər çərçivəsində yetkinlik yaşına çatmayanlara qarşı təcavüz və qadınların ölümünə səbəb olan zorlamalar üçün ölüm cəzasının tətbiqi nəzərdə tutulur.

Hazırda Qırğızıstanda ölüm hökmü qanunvericilikdə olsa da, 1998-ci ildən etibarən onun icrasına moratorium qoyulub. Prezidentin bu təklifi ölkədə və beynəlxalq ictimaiyyətdə geniş müzakirələrə səbəb ola bilər.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90