image-rt-reklam
image-3backend

QHT sədrləri Qarsda iş adamları ilə görüş keçiriblər

image-728x90

Naxçıvan Ali Məclisinin üzvü Üzeyir Məmmədov, “Xüsusi təyinatlıların qaziləri, şəhid ailələri və veteranları” İctimai Birliyinin sədri Bəhruz Məmmədzadə, “İnkişafa və İslahatlara Dəstək” İctimai Birliyinin sədri Ramil Əliyev, “İnkişafa və İslahatlara Dəstək” İctimai Birliyinin sədr müavini Xəqani Əliyev Qarsda səfərdə olub.
Xalqcəbhəsi.az xəbər verir ki, səfər zamanı onlar Qars Ticarət və Sənaye Odasının rəhbəri Kadir Bozanla görüş keçiriblər. Görüş zamanı K.Bozan Azərbaycana səfərindən danışıb. O, Bakını çox bəyəndiyini bildirərək gələcəkdə Azərbaycanla əlaqələrin daha da inkişaf etməsindən bəhs edib. Azərbaycanda forum keçirildiyini və növbəti forumu da gələn il Qarsda keçirəcəyini diqqətə çatdıran K.Bozan Azərbaycan Türkiyə iş adamlarının birlikdə fəaliyyət göstərmələrinin vacib olduğunu vurğulayıb. O həmçinin gələcəkdə Qarabağda hər hansı bir müəssisənin fəaliyyət göstərməsinin mühüm olduğunu deyərək Qarabağın inkişafında Qars Ticarət və Sənaye Odası olaraq, öz fəaliyyətlərini orada davam etdirmək istəklərini bildirib.
Daha sonra Ramil Əliyev çıxış edərək Qars və Azərbaycandan olan iş adamlarının gələcəkdə birlikdə fəaliyyət göstərəcəklərindən danışıb. Görüş zamanı millət vəkili Üzeyir Məmmədov K.Bozana bu işlərin icra edilməsində təşəbbüskar olduğuna görə təşəkkür edib.
Bəhruz Məmmədzadə vurğulayıb ki, Azərbaycan nə qədər bizim üçün önəmlidirsə, Türkiyə də bir o qədər önəmlidir.
İş adamı İsmayıl Allahverdiyev gələcəkdə Türkiyə Azərbaycan İş adamlarının əməkdaşlığı üçün əlindən gələni edəcəyini deyib.
Xəqani Əliyev də birgə fəaliyyətin uğurlu olacağına inandığını ifadə edib.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90