image-rt-reklam
image-1backend

QHT sədri:”Arzu edərdim ki, Qarabağ Universitetinin bir filialı Ağdamda da olsun””

image-728x90

“Şuşada və Xocalıda Qarabağ Universitetinin fakultələrinin açılması, şəhid olan qardaşlarımızın ruhunu şad edəcək və qazilərə dəstək olacaq. “Xocalı bizim ən yaralı yerimizdir. Ağdam şəhərində də bir texnikum olub. İşğal zamanı düşmən oranı darmadağın etdi. Arzu edərdim ki, Qarabağ Universitetinin bir filialı Ağdamda da olsun”.

Bu sözləri QHT.az-a açıqlama verən “İnkşafa və İslahatlara Dəstək” İctimai Birliyinin sədri Ramil Əliyev bildirib. QHT sədri Qarabağ Universitetinin tələbələrinin beynəlxalq alanda tanınacağına inandığını, bu universitetin Avropada və digər ölkələrdə magistratura təhsili üçün qəbul edilməsində Azərbaycan təhsilinin tanınmasına səbəb olacağını vurğuladı. “Bu universitetin tələbələri digər universitetlərə nümunə olacaq,” dedi. Son olaraq, Əliyev bütün təhsil alan tələbələrə və müəllimlərə uğurlar arzuladı, Qarabağ Universitetinin dünya brendi olacağına inandığını bildirdi.

QHT.az olaraq, Qarabağ Universitetinin fəaliyyətini izləyərək, onun təhsil sahəsindəki müsbət təsirlərini və cəmiyyətimiz üçün əhəmiyyətini vurğulamağa davam edəcəyik.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90