Atəşkəsin ilk günündə 552 yardım maşını İsrailin 7 oktyabr 2023-cü ildən soyqırım törətdiyi Qəzza zolağına daxil olub.
Qəzzadakı Daxili İşlər Nazirliyindən verilən yazılı açıqlamada “yanvarın 18-i səhər saatlarından etibarən 552 yardım maşını sərhəddən Qəzza zolağına daxil olub. Onlardan 242-si Qəzzanın şimalına keçib” ifadələrindən istifadə edilib.
Bildirilib ki, yardım maşınlarında yanacaq, sağlamlıq vasitələri və əsas ərzaq məhsulları, tərəvəz və meyvələr olub.
Qəzzanın ehtiyaclarını ödəmək üçün bölgəyə daha çox humanitar yardımın çatdırılması üçün səylərin davam etdiyi bildirilib.
Atəşkəsin birinci mərhələsində Qəzzaya gündə 600 yük maşını humanitar yardımın daxil olması, razılaşmanın qüvvəyə minməsindən 7 gün sonra Rəfah sərhəd məntəqəsinin açılması nəzərdə tutulur.