image-rt-reklam
image-1backend

Qəzzada sülhə doğru tarixi addım: Tramp Ərdoğanı gördüyü işlərə görə alqışladı

image-728x90

Dünyanın aparıcı ölkələrinin liderləri Misirin Şarm əl-Şeyx şəhərində keçirilən Qəzza Sülh Sammiti çərçivəsində bir araya gəlib. Bu mühüm diplomatik toplantıya ABŞ Prezidenti Donald Tramp və Misir Prezidenti Əbdülfəttah əs-Sisi birgə sədrlik edirlər.

Sammitin əsas məqsədi Qəzzada davam edən humanitar böhrana son qoymaq, münaqişə tərəfləri arasında atəşkəsi möhkəmləndirmək və bölgəyə fasiləsiz humanitar yardımın çatdırılmasını təmin etməkdir. Tərəflər arasında ilkin razılaşmalar əldə olunsa da, yekun sülh üçün həlledici siyasi iradə və diplomatik fəallıq zəruri idi.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu prosesdə ən fəal liderlərdən biri kimi önə çıxıb. O, həm Fələstin tərəfi, xüsusilə də HƏMAS üzərində təsir imkanlarından istifadə edib, həm də beynəlxalq diplomatik müstəvidə danışıqlara yeni impuls verib. Ərdoğanın vasitəçiliyi sayəsində HƏMAS-ın sülh prosesinə razılıq verməsi, girovların azad olunmasına dair ilkin mexanizmlərin razılaşdırılması mümkün olub.

ABŞ Prezidenti Donald Tramp da sammitdən öncə açıqlamasında  etiraf edib və Ərdoğanın diplomatik səylərini “sülh prosesində dönüş nöqtəsi” adlandırıb. Tramp deyib:

“Bu münaqişənin sona çatmasında əsas fiqur Prezident Ərdoğandır. Onun HƏMAS üzərində təsiri və diplomatik bacarığı sayəsində bu mərhələyə gəlib çıxa bildik. Qəzzada atəşkəsin davamlı olması üçün Türkiyənin iştirakı həlledicidir.”

Sammitə 20-dən çox ölkənin liderləri qatılıb. Onların sırasında Fransa Prezidenti Emmanuel Makron, Böyük Britaniyanın Baş naziri Keir Starmer, BMT Baş katibi Antonio Quterreş, Almaniya kansleri Olaf Şolz və Rusiya nümayəndə heyəti də var.

Görüşlərdə həmçinin İsrail və Fələstin tərəflərinin nümayəndələri də iştirak edirlər. Əsas gündəm maddələri bunlardır:

Qəzzada atəşkəsin uzunmüddətli təminatı

Girovların azad olunması

Humanitar dəhlizlərin yaradılması

Ərazilərin bərpası və beynəlxalq nəzarət mexanizmi

İki dövlətli həllə dair diplomatik baxış

Yeni mərhələyə keçid

Sammitin yekununda “Şarm əl-Şeyx Bəyannaməsi”nin imzalanması gözlənilir. Bu sənəd atəşkəsin monitorinqi və sülhə dair yol xəritəsinin əsas parametrlərini müəyyən edəcək.

Bu sammit Orta Şərqdə yeni diplomatik düzənin başlanğıcı olacağı danılmazdır.

Qoşqar Salmanlı

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90