image-rt-reklam
image-1backend

Qəzzada atəşkəs razılaşması imzalandı – HƏMAS Trampa təşəkkür etdi

image-728x90

HƏMAS Qəzza zolağında atəşkəs razılaşmasının əldə olunduğunu təsdiqləyib.

Ulusal.az xəbər verir ki, hərəkat yaydığı bəyanatda ABŞ Prezidenti Donald Trampı və razılaşmaya zəmanət verən ölkələri – Misir, Qətər və Türkiyəni İsraili öhdəliklərinə əməl etməyə çağırıb.

HƏMAS bəyan edib ki, Fələstin xalqının müstəqillik və öz müqəddəratını təyinetmə hüququndan heç vaxt imtina etməyəcək.

“Biz fələstinlilərin fundamental hüquqlarını qorumaqda davam edəcəyik. Bu razılaşma bölgədə sabitliyə və sülhə doğru mühüm addımdır”, – deyə təşkilatın açıqlamasında vurğulanır.

HƏMAS həmçinin, atəşkəsin əldə olunmasında vasitəçilik edən Misir, Qətər və Türkiyəyə təşəkkür edib və Trampın şəxsi səylərini yüksək qiymətləndirib.

Razılaşmaya əsasən, təxminən iki min fələstinli məhbusun azadlığa buraxılması müqabilində israilli girovlar azad ediləcək.Musavat.com

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90