Avropada ən çox qanunsuz miqrant Böyük Britaniyada yaşayır.
Ulusal.az xəbər verir ki, bu barədə “The Daily Telegraph” Oksford Universitetinin mütəxəssislərinin araşdırması əsasında məlumat yayıb.
Onların sözlərinə görə, Böyük Britaniyada 745 minə qədər qeyri-qanuni immiqrant var ki, bu da Fransadan təxminən 2,5 dəfə çoxdur.
Fransada hazırda 300 minə yaxın qeyri-qanuni miqrant yaşayır. Bu göstərici üzrə ikinci yeri 700 min qeyri-qanuni miqrantın yaşadığı Almaniya tutur.
İlin əvvəlindən Böyük Britaniyaya 26,6 min qeyri-qanuni immiqrant La-Manş boğazı boyunca şişmə qayıqlarla gəlib ki, bu da eyni dövr üçün 2023-cü ilin göstəricilərindən 5% çoxdur. Oktyabrın 5-də isə Birləşmiş Krallığa qeyri-qanuni yollarla 973 nəfər daxil olub.
Böyük Britaniyada qeyri-qanuni immiqrasiya problemi ölkənin Avropa İttifaqından çıxmasından sonra daha da pisləşib. Halbuki, bu mövzu Böyük Britaniyanın Avropa İttifaqından çıxmasının əsas səbəblərindən biri kimi göstərilirdi. 2018-ci ildən bəri 130 minə yaxın qeyri-qanuni immiqrant La-Manş boğazı vasitəsilə krallığa keçib. İyulun 4-də keçirilən parlament seçkilərindən sonra yaradılmış Leyboristlər Partiyası hökuməti Böyük Britaniyaya qanunsuz miqrant axınının qarşısını almaq üçün Aİ dövlətləri ilə əməkdaşlığı gücləndirəcəyini vəd edib.Musavat.com