“Türkiyədəki seçkiləri dünya ictimaiyyəti yaxından izləyir. Bu seçki bütün dünyada diqqət mərkəzində olmasının əsas səbəbi sözsüz Türkiyənin regiondakı gücündə idi. Son illər ərzində Türkiyə ümümən regionun söz sahibinə çevrilməsi seçkilərə marağı daha da artırıb.” -bu fikirləri Ulusal.az-a açıqlamasında politoloq Arzuman Muradlı bildirib.
Politoloq hesab edir ki, birinci tur ərəfəsində Qərb ölkələri Türkiyədə öz çirkin seçki siyasətini reallaşdırmaq istəyirdi.
“Amma görünən o idi ki, Türkiyə cəmiyyəti Qərbin bu çirkin oyununa getmədi. Faktiki olaraq Qərb Rəcəb Tayyib Ərdoğanın rəqiblərinin qalib gəlməsini istəyir. Bunu Qərb mediasından açıq şəkildə izləyə bilərik. Son 20 ildə Türkiyə özünün ən güclü dönəmini yaşamaqdadır. Artıq Türkiyə qlobal məkanda söz sahibinə çevrilib. Yalnız iqtisadi problemlər Türkiyə cəmiyyətində müəyyən narazılığa səbəb olub. İstənilən halda terrora qarşı mübarizənin yüksək səviyyədə təşkil edilməsi, Türkiyənin milli maraqlarının qorunub saxlanması, türk dünyasının birləşdirilməsi və bu kimi önəmli sahələrdə qardaş ölkə böyük yol qət edib. Mayın 28-də Türkiyə xalqı ədalətin haqqın yanında olacaq və Türkiyəni dünyanın ən güclü ölkəsinə çevirən Rəcəb Təyyub Ərdoğana səs verəcək” -deyə politoloq Arzuman Muradlı bildirib..