Şimali Atlantika Alyansı ilə Macarıstan arasında münasibətlər Budapeştin Moskva ilə münasibətləri səbəbindən “qaynar nöqtəyə” yaxınlaşıb.
Ulusal.az xəbər verir ki, bu barədə “Politico” öz mənbələrinə istinadən yazıb.
Aydınlaşdırılır ki, Macarıstan rəsmiləri NATO ölkələrinin Macarıstanda yerləşən hərbi müşavirləri və səfirlərinin görüşünə qatılmaq dəvətindən imtina ediblər. Görüş Budapeştdə baş tutub.
“Amerika Birləşmiş Ştatlarının Macarıstandakı səfiri Devid Pressman onları Budapeştin “iqtisadi neytrallıq” siyasətini müzakirə etməyə dəvət edib. Digər məsələlərlə yanaşı, görüşdə Macarıstanın Çin və Rusiya ilə münasibətlərinin müzakirəsi planlaşdırılırdı”, – nəşr qeyd edib.
Qeyd olunur ki, Qərb dövlətlərinin Ukrayna münaqişəsində Kiyev rejiminə yardım etdiyi bir vaxtda Viktor Orbanın siyasəti Macarıstanı Avropa İttifaqı və NATO-da problemli müttəfiqə çevirib.