image-2000x150
image-kamal-kilicdarbackend

Qərb heç vaxt Kamala terror ölkəsi olan İranla əlaqə qurmağa imkan verməz 

image-728x90
Türkiyədə 14 mayda keçiriləcək prezident seçkilərində namizəd olan CHP lideri Kamal Kılıçdaroğlunun Azərbaycandan yan keçməklə reallaşacaq nəqliyyat dəhlizi barədə danışması cəmiyyətdə birmənalı qarşılanmayıb. Azərbaycanın siyasi və ictimai sektoru haqlı olaraq CHP liderinin bu ideyasını kəskin tənqid ediblər.

Ulusal.az-ın xəbərinə görə, hərbi ekspert Ədalət Verdiyev isə deyib ki, Kamal Kilıçdaroglunun kommunikasiyalarla bağlı platforması sadəcə pafosdur. Onun sözlərinə görə, Qərb heç bir zaman Kamala Azərbaycandan yan keçməklə terror ölkəsi olan İranla əlaqə qurmağa imkan verməz:

“Türk xalqı da bu məsuliyyətsiz addımlar üçün səlahiyyət sahiblərini qətiyyən bağışlamaz”.

Ədalət Verdiyev qeyd edib ki, Azərbaycan-Turkiyə dostluğu və qardaşlığı onillərlə müxalifətdə qalmaqdan başqa əlindən heç nə gəlməyən birisinin şəxsi ambisiyalarından daha yüksəkdə dayanır.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90