image-2000x150
image-media-1677060887_arzuman-teze-1-2-z4v90wibp7m5ftq2luoabackend

“Qərar verilib, yaxın günlərdə Laçın yolunda sərhəd və gömrük postları qurulacaq” – Arzuman Muradlı

image-728x90

“Azərbaycan Xarici İşlər və Müdafiə Nazirliklərinin bəyanatları, o cümlədən Ombudsmanın dünənki açıqlaması birmənalı şəkildə Laçın yolunda nəzarət-buraxılış məntəqəsinin yaradılması vacibliyindən xəbər verir.” –Ulusal.az xəbər verir ki, bu fikirləri politoloq Arzuman Muradlı bildirib.

Politoloq hesab edir ki, bu o deməkdir ki, qərar verilib, yaxın günlərdə Laçın yolunda sərhəd və gömrük postları qurulacaq.

“Bu işin asan olmayacağı bəllidir. Bir tərəfdən məsələnin hərb-texniki tərəfləri həll edilməli, digər tərəfdən bu çalışmalar bölgədəki Rusiya hərbi kontingenti ilə toqquşmadan baş verməlidir. Şuşa kimi istehkam şəhəri işğaldan qurtardıqsa, yolda sərhəd və gömrük postları qurub sərhədi nəzarətə götürməyi də bacaracağıq.”- deyə Arzuman Muradlı əlavə edib.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90