image-2000x150
image-ab49dc03bada02ced28d69af2624b1c3-0backend

Qənirə Paşayeva Qazaxıstanın tanınmış qadınları ilə görüşdü

image-728x90

MM Mədəniyyət Komitəsinin sədri, Azərbaycan-Qazaxıstan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Qənirə Paşayeva Dubayda keçirilən Qlobal Qadınlar Sammitində Qazaxıstanın tanınmış qadın təşkilat rəhbərləri ilə görüşüb.

Q.Paşayeva Prezident İlham Əliyevin Qazaxıstana cari ilin aprelində baş tutmuş rəsmi səfərinin ilkin nəticələrindən söz açıb. O, dövlətlərimiz arasında imzalanmış yeni sənədlərin vətəndaş cəmiyyətləri institutları, o cümlədən qadın təşkilatları arasında əməkdaşlığın güclənməsinə təkan verdiyini bildirib.

Komitə sədri qardaş ölkə təmsilçiləri ilə görüş zamanı onlara ölkəmizin Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva başda olmaqla Azərbaycan qadınlarının cəmiyyətdə, ictimai-siyasi, mədəni sahədə oynadığı mühüm rol barədə danışıb. Q.Paşayeva həmçinin 44 günlük müharibənin yaratmış olduğu yeni geosiyasi reallıq, habelə Qarabağ, ümumən Azərbaycan həqiqətləri ilə bağlı geniş məlumatlar verib.

Görüşdə qarşılıqlı maraq doğuran bir sıra mövzular ətrafında fikir mübadiləsi olub.

Q.Paşayeva Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarında 30 ilə yaxın müddətdə törətmiş olduğu vandalizm aktları ilə bağlı yeni faktların üzə çıxdığını bildirib. Bir hissəsi qadınlara, uşaqlara aid olan skletlərin tapıldığı toplu məzarlıqların aşkar edildiyini bildirən Komitə sədri, Qarabağda, Şərqi Zəngəzurda azadlıqdan abadlığa, erməni işğalçılığından azərbaycanlı quruculuğuna, bir sözlə, vandallıqdan mədəniyyətə keçid dönəmində görülən işlərdən söz açıb.

Q.Paşayeva 1 milyon azərbaycanlının, o cümlədən 100 minlərlə azərbaycanlı qadın və uşağın Ermənistanın işğalı nəticəsində öz yurd-yuvalarından qaçqın və məcburi köçkün düşməsi, onların hətta ən adi insan haqlarının pozulmasının indi də minalar üzündən davam etdiyini bildirib: “Qadınlarımızın, uşaqlarımızın, ümumən qaçqın və məcburi köçkünlərin hüquqları Ermənistan tərəfindən bu gün də pozulmaqda davam edir. Rəsmi İrəvan 100 minlərlə azərbaycanlı qaçqın və məcburi köçkünün öz torpaqlarına mümkün olduğunca gec qayıtması yaxud heç vaxt qayıda bilməməsi üçün onların evlərini dağıdıb; bu yetmirmiş kimi, bir də, müxtəlif əarzilərə çoxsaylı minalar basdırıb”.

Q.Paşayeva Ermənistanın qeyri-insani addımları nəticəsində Azərbaycanlı qadınların və onların ailə üzvlərinin öz ev-eşiyinə dönə bilməməsini bütün dünya qadınlarını rahatsız etməli olan hadisə kimi xarakterizə edib. O, deyib ki, özəlliklə beynəlxalq aləmdə nüfuz sahibi olan qadınlar bu kimi vandalizm aktlarına biganə qalmamalı və buna qarşı öz etiraz səsini ucaltmalıdır.

Q.Paşayeva Azərbaycanın Qazaxıstanla əməkdaşlığa verdiyi önəmdən, ölkələrimiz arasında parlamentlərarası əməkdaşlıq və bütün əməli çalışma sahələri üzrə işbirliyinin daha da genişlənməsi üçün böyük potensial olduğundan danışıb. Komitə sədri qardaş ölkənin ictimai fəal qadın liderlərini ölkəmizə dəvət edib.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90