image-rt-reklam
image-317630955_1190940814863185_3476791649391517472_nbackend

Qənirə Paşayeva bir qrup mədəniyyət işçisi və sənətçi ilə görüşüb – FOTOLAR

image-728x90

Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva Milli Konservatoriyanın Dirijorluq kafedrasının müdiri Leyla Zalıyeva, Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə elmlər doktoru, professor Kübra Əliyeva, Mədəniyyət Nazirliyi Milli Azərbaycan Tarixi Muzeyinin Etnoqrafiya elmi fond şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent Gülzadə Abdulova, Gənc Tamaşaçılar Teatrının aktrisası Mehriban  Hüseynova, bəstəkar Elmir Mədətoğlu, Lerikdə yaşayan Küsəkərən Mədəniyyyət Evinin direktoru, qocaman mədəniyyət işçisi Gülağa İsiyev, Gəncədə yaşayan mədəniyyət işçisi Hafis Şabanov, AzTV-nin Səid Rüstəmov adına Xalq Çalğı Alətləri Orkestrinin Kamança qrupunun konsertmeysteri Vidadi Paşayev, AzTV-nin əməkdaşları Kənan İsmayılov, tanınmış rəssam – Toğrul Nərimanbəyovun tələbəsi olmuş Fikrət İbrahimov, görkəmli bəstəkar – Xalq artisti Elza İbrahimovanın qardaşı Çingiz İbrahimov, ictimai fəal xanımlar Aida Bəndəliyeva, Dilbər Sultanova, Vüsalə Qələndərli, gənc rəssam Nurlan Səfərli, Azərbaycan Respublikasının Əməkdar artistləri Firuzə İbadova və Cavanşir Məmmədov, Ömər Faiq Nemanzadənin nəvəsi (qızının qızı) Nigar Əsəd qızı Əzizzadə, Lətif Abdullayev və digərləri ilə görüşüb.

Milli Məclisdə baş tutan görüşdə mədəniyyət işçiləri, alimlər, sənətçilər öz qayğılarını, ürək sözlərini bölüşüb. Onlar özlərinin son illərdəki elmi nailiyyətləri, yaradıcılıq uğurları, planları haqqında Komitə sədrinə ətraflı məlumat verib. Q.Paşayeva görüş iştirakçılarına yeni yaradıcılıq uğurları diləyib: “Ümidvaram, Sizlər hər biriniz öz işinizdə, öz yaradıcılığınızda mədəni irsimizin qorunmasında, mədəniyyət ocaqlarımızın yeni mövzularla, yeni ideyalarla, yeni çağırışlarla zənginləşməsində fəal olacaqsız. Hər birinizə möhkəm can sağlığı, yeni uğurlar arzulayıram”!

Qənirə Paşayeva Azərbaycan Prezidenti İlham Əliyevin və Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın mədəniyyətimizin beynəlxalq aləmdə təbliği, mədəni irsin qorunması, mədəniyyət işçilərinə, sənət xadimlərinə qayğı göstərilməsi sahəsindəki böyük işlərindən söz açaraq, bu həssaslığın, diqqət-qayğının hər bir mədəniyyət işçisi, incəsənət xadimi üçün mənəvi məsuliyyət yaratdığını vurğulayıb. Komitə sədri bu mənəvi məsuliyyətin yeni sənət uğurları, mədəni irsin qorunması, mədəniyyətimizin beynəlxalq aləmdə təbliği ilə cavablandırılmalı olduğunu deyib.

image-315520873_5934322946589754_1002931730004296655_n image-315912372_687637709674218_8777565714007291273_n image-316885670_1343686849768521_4575797498369196756_n image-317379484_1194120551509044_114256186184786901_n image-317446555_911241283135926_6771001182804913983_n image-317597748_828523701766082_2030289713601453487_n image-317630955_1190940814863185_3476791649391517472_n image-317801530_1276180336558854_8463384885210010759_n

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90