image-rt-reklam
image-9backend

Qənirə Paşayeva 34 saylı məktəbi ziyarət edib

image-728x90

MM Mədəniyyət Komitəsinin sədri Q.Paşayeva 34 saylı məktəbi ziyarət edib.

Millət vəkili, Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva və “Nerj Aləmi” şirkətinin rəhbəri Əliş Hüseynov yeni dərs ilinin başlanması ilə bağlı paytaxtın Bəhruz Sultanov adına 34 saylı tam orta məktəbində olub.

Müəllimlər, şagirdlər və valideynlərlə görüş şəhidlərin xatirəsinə sayğı duruşu ilə başlayıb.

Yeni dərs ili münasibəti ilə məktəb rəhbərliyi, pedaqoji kollektiv, şagirdlər və valideynləri təbrik edən Q.Paşayeva, onlara yeni uğurlar arzulayıb.

Komitə sədri Azərbaycan Prezidenti və ölkəmizin Birinci xanımı Mehriban Əliyevanın, Heydər Əliyev Fondunun təhsilə, məktəbə, məktəblilərə və müəllimlərə xüsusi diqqət-qayğısından söz açıb, belə yüksək diqqət-qayğının hər bir ziyalı, millət vəkili, məmur, işadamı, ümumən cəmiyyətimiz üçün də örnək təşkil etdiyini vurğulayıb. “Yeniləşən Azərbaycana yeni məktəb” layihəsinə diqqət yönəldən Q.Paşayeva, dövlətimizin, Heydər Əliyev Fondunun, əlaqədar qurum-quruluşların ölkədə münbit təhsil mühiti üçün gördüyü işlərdən, layihələrdən danışıb.

Komitə sədri “Yeniləşən Azərbaycana yeni məktəb” layihəsini Heydər Əliyev Fondunun Müstəqil Azərbaycanda təhsil sahəsində uğurlu və davamlı layihələrin başlanğıcı kimi xarakterizə edib. Q.Paşayeva Heydər Əliyev Fondunun təhsilin, səhiyyənin, mədəniyyətin, incəsənətin, idmanın inkişafına xidmət edən layihələrdən söz açaraq, “Yeniləşən Azərbaycana yeni məktəb” layihəsinin cəmiyyətdə özəlliklə böyük əks-səda doğurduğunu bildirib: “Təhsilin ölkəmizin gələcəyi üçün böyük önəmini nəzərə alan Heydər Əliyev Fondu bu yöndə unudulmaz tədbirlərə imza atıb, gənc nəslin formalaşmasına ciddi töhfələr verib. Respublikada məktəb tikintisi, məktəblərin çağdaş tələblərə, çağırışlara cavab verən avadanlıqlarla təchizatı məhz Fondun xətti ilə geniş vüsət alıb, bu xətt günümüzdə də davam və inkişaf etməkdədir. Bu örnək təşəbbüs dövlətimiz tərəfindən əsas götürülərək, bütün ölkə miqyasında, o cümlədən işğaldan azad edilmiş ərazilərimizdə uğurla, geniş miqyasda həyata keçirilməkdədir”.

Sonra Q.Paşayeva, Ə.Hüseynov məktəbin 64 şagirdinə məktəbli forması hədiyyə edib.

Məktəbin direktoru Nəcibə Axundova şagirdlərə diqqət-qayğı göstərdiklərinə görə Millət vəkili Q.Paşayevaya və “Nerj Aləmi”nin rəhbəri Ə.Hüseynova məktəb rəhbərliyi, pedaqoji kollektiv adından təşəkkür edib.

Qeyd edək ki, 34 saylı məktəbin binası 1959-cu ildə istifadəyə verilib. Məktəb, şəhid olmasının 30-cu ildönümü bu ay tamam olmuş Bəhruz Sultanovun (25.05.1974, Ləmbəli kəndi, Qərbi Azərbaycan – 08.09.1993) adını daşıyır.

2012-ci ildə əsaslı təmir olunmuş məktəbdə 27 sinif otağı o, cümlədən fizika, biologiya, kimya, tarix, informatika, əmək kabinetləri, 2 laboratoriya – fizika və kimya, eyni zamanda kitabxana, akt zalı, idman zalı və s. mövcuddur. Məktəbdə 600-a yaxın şagird təhsil alır. Bu təhsil ocağında 81 müəllim çalışır, onlardan ikisi fəxri adla təltif olunub. Bu il də, təhsil müəssisəsinin məzunlarının çoxu tələbə adını qazanıb, onlardan 600-dən yuxarı bal toplayanlar öndə olmaqla, ən aparıcı ixtisasa qəbul olunanlar var.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90