image-2000x150
image-qelebe_-1backend

“Qələbənin əldə olunmasında Azərbaycan neftinin rolu həlledici olub” – DEPUTAT ŞƏRH ETDİ

image-728x90

“II dünya müharibəsində əldə olunmuş qələbə bütün dünya birliyinin alman faşızmi üzərində birgə qələbəsidir. Bu qələbənin qazanılmasında Azərbaycan xalqının töhfəsi də çox böyükdür. Qələbəyə gedən yol Sovet İttifaqında yaşamış bütün xalqların, o cümlədən Azərbaycan xalqının misilsiz fədakarlığından, cəbhədə göstərdiyi qəhrəmanlıqlardan və arxa cəbhədə yaşanan gərgin əmək və məhrumiyyətlərdən keçib. 600 mindən çox azərbaycanlı II dünya müharibəsində iştirak edib və onların təxminən yarısı döyüşlərdə həlak olub”. Bu sözləri SİA-ya açıqlamasında deputat Cavanşir Feyziyev deyib.

image-1678365182_cavansir

Onun sözlərinə görə, azərbaycanlılardan təşkil olunmuş hərbi hissələr Qafqaz cəbhəsindən Berlinədək şanlı döyüş yolu keçiblər: “121 nəfər Azərbaycan vətəndaşı Sovet İttifaqı Qəhrəmanı adına layıq görülüb, on minlərlə soydaşımız Sovet İttifaqının və faşizmə qarşı koalisiya üzvü olan digər dövlətlərin orden və medalları ilə təltif olunub. Lakin Azərbaycanın qələbəyə töhfəsi yalnız canlı qüvvə ilə məhdudlaşmır. Bu böyük qələbənin əldə olunmasında Azərbaycan neftinin rolu həlledici olmuşdur. Müharibə ehtiyacları nəzərə alınmaqla 1941-ci ildə ölkəmizdə neft istehsalı 23,5 milyon tona çatdırılmışdı. Bu bütün SSRİ ərazisində istehsal olunan neftin 71%-dən çoxunu təşkil edirdi”.

Deputat sözlərinə davam edərək bildirib ki, Azərbaycanda istehsal olunan yanacaq növləri və çoxçeşidli neft-kimya sənayesi məhsulları bütövlükdə 5 illik müharibə ərzində hərbi texnika üçün istifadə olunmuş ehtiyacların 75%-ni təşkil etmişdir: “Beləliklə, müharibənin taleyini məhz Azərbaycanın nefti və neft məhsulları həll etmişdir. II dünya müharibəsi zamanı Azərbaycan alimləri tərəfindən yüksək oktanlı aviasiya benzininin ixtira olunması döyüş zonalarında Sovet aviasiyasının üstünlüyünü təmin etdi və bu üstünlük faşizm üzərində qələbəni şərtləndirən əsas amil oldu.

Müharibədən sonra keçən dövrdə qələbəmizin dünya ictimaiyyətinə çatdırılması ilə bağlı obyektiv tarixi problemlər var idi. O zamanlar tərkibində olduğumuz Sovet İttifaqı faşızm üzərində qələbəni bütövlükdə sovet xalqının qələbəsi kimi təqdim edirdi və bu təbliğatda Azərbaycanın töhfəsi ayrılıqda təqdim olunmurdu. Lakin tarix həmişə öyrənilir və zaman-zaman yenidən dəyərləndirmələr aparılır. Bu gün müstəqil dövlət olaraq öz xalqımızın tarixinə və bu tarixin şərəfli hadisələrinə obyektiv qiymət vermək imkanımız var. Odur ki, II dünya müharibəsində Azərbaycan xalqının göstərdiyi fədakarlıq və böyük qələbəyə verdiyi töhfələr daha dərindən təhlil olunmalı və həm öz ölkəmizdə, həm də dünya miqyasında təbliğ olunmalıdır”.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90