image-2000x150
image-1680807596_sebine-xasayeva-6backend

Qəhrəmanlıq tarixdə də yaşadılır, yaddaşlarda da

image-728x90

Dövlətlə, dövlətçiliklə, xalqla bağlı olan hər hadisə tarixdir. Yaşadılan tarix dövlətin, dövlətçili­yin tarixi kimi qorunur, mühafizə edilir. Bu, yeniyetmələrin, çağırışçıların, gənclərin vətənpərvərlik duyğu­la­rının formlaşmasında əhəmiyyətli olur. 1990-cı ilin 20 yanvar faciəsi, Birinci Qarabağ mühari­bə­sində Ermənistanın törətdiyi Başlıbel, Ağdaban, Bağanıs-Ayrım, Meşəli, Qaradağlı, Xocalı faciələri hadisə kimi, faciə kimi həmişə anılır, tarix kimi yaşadılır.

İkinci Qarabağ müharibəsində də döyüşlər, qəhrəmanlıqlar, qəhrəmanlar böyük ehti­ram­larla ya­şa­dılır. Bu da tarixə, xalqa, dövlətə sədaqət deməkdir.

Vətən müharibəsinin döyüşlərinin, qəhrəmanlıqlarının öyrənilməsi məktəblilərin də, yeniyet­mə­lə­­rin də, çağırışçıların da dünyaduyumunu genişləndirir, Vətənə sevgisini artırır.

Xocavənddən bir qədər aralıda, Şuşaya aparan yolun üstündə üst-üstə qoyulmuş üç daş var. 2020-ci ilin noyabrın əvvəllərində Şu­şa­ya hücum əmri veriləndə bu istiqamətdən kəşfiyyata üç döyüşçü gön­də­rilib. Az sonra döyüşçülər 20-dən atrtıq düşmənlə qarşılaşıb. Atışıblar. Atışa-atışa mühasirəyə dü­şüb­lər. Komandir gecikdiklərini hiss edəndə onlara kömək göndərib. Köməyə gələnlər düşməni məhv ediblər. Üç kəşfiyyatçı şəhid olubmuş. Döyüşçülər onların şəhid olduğu yerə qəhrəmanlığın nişanəsi kimi üst-üstə üç daş qoyublar…

Vətən müharibəsinin döyüşləri, qazanılan Zəfər heç zaman unudulmayacaq, unutmayacağıq. Şuşa yolunun üstündə şəhidliyə nişanə daşlar da qəhrəmanlara,, qəhrəmanlığa abidə kimi əbədiyyən yaşadılacaq. Tarixdə də, görənlərin yaddaşında da…

Səbinə XASAYEVA,

Milli Məclisin deputatı

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90