image-rt-reklam
image-11backend

Qəhrəman pilotlardan böyük fədakarlıq – Türkiyədəki qəzanın təfərrüatları məlum oldu (VİDEO)

image-728x90

Bu gün Kayseridəki 12-ci Hava Nəqliyyatı Baş Baza Komandanlığından təlim üçün havaya qalxan Hərbi Hava Qüvvələri Komandanlığına məxsus SF-260D tipli təlim təyyarəsi naməlum səbəbdən qəzaya uğrayıb.

Ulusal.az xəbər verir ki, qəza nəticəsində təyyarənin göyərtəsindəki hər iki pilot – Uğur Yıldız və Gökhan Özen şəhid olub.

Təlim təyyarəsinin qəzaya uğradığı Həsən Arpa məhəlləsinin sakinlərindən Yusuf Yavrum jurnalistlərə açıqlamasında təlim təyyarəsinin bir neçə gündür eyni ərazidə uçduğunu bildirib.

“Bu gün təyyarə evimin üstündən keçdi. Çölə çıxdım. O zaman təyyarənin tarlaya düşdüyünü gördüm”,-deyə o bildirib.

Tarlada çalışan işçilərdən birinin sözlərinə görə, pilot təyyarənin onların üzərinə düşməməsi üçün böyük fədakarlıq göstərərək, təyyarənin istiqamətini dəyişib.

“Təyyarə geri qayıtdıqdan sonra tarazlığını itirdi və səsi itdi. Səsi itdikdən sonra birbaşa bizə tərəf gəlməyə başladı. Tarlanın düz başında maşında 5 uşaq, sahədə isə 15 nəfər var idi. Pilot bizi gördü. Güman edirəm ki, bizə tərəf gəlməmək üçün təyyarəni üzü üstə aşağı doğru endirdi. Təyyarə yerə enən kimi də partladı”,-deyə içilərdən biri bildirib.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90