2 il sonra Dövlət İmtahan Mərkəzinin ali məktəblərə keçirdiyi qəbul imtahanlarında yenidən 2 nəfər ən yüksək nəticə (700) qeydə alınıb.
Ulusal.az xəbər verir ki, əslində, bu nəticə ötən il də göstərilib.
DİM-in statistikasına əsasən, 2025-ci il üzrə maksimum nəticə göstərən abituriyentlərin sayı ötən illərlə müqayisədə sabit qalıb.
Builki imtahanlarda yenə 2 abituriyent 700 bal toplayıb. Onlar hər ikisi I ixtisas qrupu üzrə imtahanda iştirak ediblər.
700 bal toplayanlar:
– Əli Əliyev (Bakı, 18 nömrəli tam orta məktəb)
– Fidan Məmmədova (Gəncə, 2 saylı orta məktəb)
700 bala yaxın nəticə göstərənlər 3 nəfərdir:
– Çiçək Hümmətli (Qax, 2 saylı tam orta məktəb – 697.5 bal, III ixtisas qrupu);
– Ziyad Nəsibov (Gəncə, K.Hüseynov adına 28 saylı məktəb – 697 bal, I ixtisas qrupu)
– Gültəkin Tariyelova (Gəncə, 1 saylı məktəb – 696.5 bal,(II ixtisas qrupu)
Son 10 ilin statistikası (2015–2025-ci illər) bu hesabata dair maraqlı nəticəni göstərir. 700 bal toplayan abituriyentlərin sayında artım demək olar ki, olmayıb, göstərici sabitdir:
2015 – 1, 2016 – 2, 2017 – 2, 2018 – 1, 2019 – 1, 2020 – 2, 2021 – 0, 2022 -1, 2023 – 0, 2024 – 2, 2025 – 2.
Qeyd edək ki, 2021 və 2023-cü illərdə heç bir abituriyent 700 bal toplaya bilməyib.
700 bal toplayanlara verilən xüsusi imtiyazlar nədir?
Bu abituriyentlər təhsil həyatında, həm də gələcək karyeralarında mühüm üstünlüklər qazandırır. İlk növbədə, onlar hər il ərzində, tətil dövrü də daxil olmaqla, aylıq Prezident təqaüdü (400 manat) alırlar. Təqaüd təhsil müddəti boyunca verilir və məbləği digər tələbə təqaüdləri ilə müqayisədə daha yüksək olur.
Üstəlik, bu abituriyentlər istədiyi ixtisasa qəbul olunurlar. Yəni keçid balından asılı olmayaraq, seçdikləri ixtisasa qəbul haqqı qazanırlar.
Başqa bir imtiyaz ödənişsiz əsaslarla dövlət sifarişi ilə təhsil alma imkanıdır.
Karyera üstünlüklərinə gəlincə, bu tələbələr universitetlərdə xüsusi proqramlar və layihələrdə iştirak edirlər. Nəticədə həm dövlət, həm də özəl sektorda yüksək vəzifələrə yüksəlmək üçün daha yaxşı imkanlara sahib olurlar.Yenisabah.az