ALPAQUT TURAN DÖYÜŞ SƏNƏTi, Dünya Alpaqut Federasiyası Azərbaycan nümayəndəliyinin vitse-prezidenti, A.V.M.V.İ.B-nin fəxri üzvü Fərahim Sadiqin bəstəsi olan “Əsgərnamə” elegiyasını həm Birinci Qarabağ müharibəsində, həm də Vətən savaşında iştirak edən qazilər birgə ifa ediblər.
Ulusal .az xəbər verir ki, “Öncə Vətən” qrupunun ifası maraqla qarşılanıb.
Qrup üzvlərindən Şuşa fətihlərindən xüsusi təyinatlı qüvvələrinin komandirləri Şəmsəddin Qurbanovun, Dövlət Gömrük Komitəsinin əməkdaşı, vətən müharibəsi iştirakçısı kəşfiyyat komandirləri İqbal Səfərovun və A.V.M.V.İ.B. Zəngilan şöbəsinin sədri müharibə iştirakçısı Azad Misayevin Musavat.com-a verdiyi məlumata görə, mahnı 44 beytdən ibarətdir, hər beyt 44 günə aiddir və hər biri ayrı-ayrı yazar tərəfindən yazılıb.
Həmin ifanı təqdim edirik: