image-2000x150
image-2backend

Qazaxıstan növbədənkənar seçimlər ərəfəsində

image-728x90

19 martda Qazaxıstanda növbədənkənar parlament seçkiləri keçiriləcək. Bu seçkilər keçən ilin iyun ayında ölkədə keçirilmiş Referendum nəticəsində Konstitusiyaya edilmiş dəyişikliklər əsasında yeni qaydalar üzrə təşkil olunacaq. Növbədənkənar seçkilər proporsional və majoritar seçki sistemləri əsasında reallaşacaq. Belə ki, parlament üzvlərinin 70 %-i proporsional təmsilçilik prinsipi əsasında siyasi partiyalar tərəfindən təqdim olunacaq və 30 %-i isə bir mandatlı seçki dairələri üzrə birbaşa səsvermə yolu ilə seçiləcək. Yeni parlamentin daha 5 üzvünü isə Qazaxıstan Xalqlar Assambleyası tərəfindən namizədliyi ölkə Prezidentinə təqdim olunmuş və Prezidentin təqdimatı ilə Senat tərəfindən təsdiqlənən deputatlar təşkil edəcək.

Seçimləri müşahidə etmək üçün dəvət almış beynəlxalq təşkilatlardan biri kimi TÜRKPA nümayəndə heyəti də artıq Qazaxıstandadır. Nümayəndə heyətinə Türkiyədən, Azərbaycandan və Qırğızıstandan olan deputatlar, TÜRKPA Baş Katibi və seçki prosesləri üzrə təcrübəli mütəxəssislər daxildir. TÜRKPA nümayəndələri iki heyətdə Astana və Alma-atı şəhərlərində seçkiləri müşahidə edəcəklər.

image-2

TÜRKPA müşahidəçiləri qrupunda Azərbaycanı Milli Məclisin üzvləri Cavanşir Feyziyev və Hikmət Məmmədov təmsil edirlər. Müxbirimiz deputat Cavanşir Feyziyevlə telefon əlaqəsi saxlayıb və missiyanın fəaliyyəti ilə maraqlanıb. Millət vəkili ayın 16-dan etibarən TÜRKPA nümayəndə heyətinin bir qrupunun Astanaya, digər bir qrupunun isə Alma-Atı şəhərinə gəldiyini bildirib. Cavanşir Feyziyev qeyd edib ki, təmsil olunduğu Astana qrupu artıq Qazaxıstan Respublikasının Senatında və Mərkəzi Seçki Komissiyasında görüşlər keçirib. Görüşlərdə Türkiyədən və Azərbaycandan gəlmiş deputatlar və TÜRKPA Baş Katibi cənab Mehmet Sürəyya Er iştirak ediblər. Nümayəndə heyətini Senatda qəbul edən Sosial, Mədəni İnkişaf və Elm Komitəsinin sədri Nurtore Yusup Türkiyədə baş vermiş zəlzələ ilə bağlı Qazax xalqı adından başsağlığı bildirib və bu ağır zamanda qardaş Türkiyə Cümhuriyyətinin yanında olduqlarını bildirib. Daha sonra Komitə sədri nümayəndə heyətinin üzvlərinə yeni seçki qanunu ilə bağlı məlumat verib və yeni seçiləcək parlamentin yeni qanunvericiliyə uyğun olaraq daha demokratik və daha mütərəqqi qaydalar əsasında uğurla keçiriləcəyinə əminliyini ifadə edib.

image-3

Milli Məclisin deputatları Hikmət Məmmədov və Cavanşir Feyziyev çıxış edərək qarşıdan gələn seçkilərin Qazaxıstan üçün xeyirli və uğurlu olmasını arzulayıb və bütün qazax xalqına Azərbaycan adından qarşıdan gələn Novruz bayramı münasibətilə təbriklərini ifadə ediblər.

image-1

TÜRKPA nümayəndə heyəti həmçinin Qazaxıstan Respublikası Mərkəzi Seçki Komissiyasının Sədri Nurlan Abdirov tərəfindən qəbul olunub. TÜRKPA nümayəndə heyətini salamlayan cənab Abdirov ölkədə qüvvəyə minmiş yeni seçki qanunu ilə bağlı ətraflı məlumat verib, ölkədə 10 223 seçki məntəqəsinin 86 000-də çox üzvünün müvafiq təlimlərdən keçərək sertifikatlar aldığını və MSK-nın artıq seçkilərin keçirilməsinə hazır olduğunu bildirib. MSK Sədri həmçinin bildirib ki, 41 ölkədən və 12 beynəlxalq təşkilatdan olan 793 beynəlxalq müşahidəçi parlament seçkilərini izləyəcək.

image-4

TÜRKPA nümayəndə heyətinin şərəfinə rəsmi şam yeməyi təşkil olunub və rəsmi ziyafətdə Qazaxıstan Elm və Təhsil Nazirliyinin Milli Test Mərkəzinin direktoru Ruslan Emelbayev iştirak edib.

TÜRKPA nümayəndə heyəti Qazaxıstan Respublikasında missiyasını davam etdirir.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90