image-rt-reklam
image-1backend

Qaz qiymətlərində sıçrayış: Proqnozlar Avropanı sarsıtdı

image-728x90

Çin, Hindistan və Yaponiya qaz uğrunda Avropa İttifaqı ilə şiddətli rəqabətə başlayır. Aİ səlahiyyətliləri üçün bu, yanacağın qiymətlərindəki yeni sıçrayışa hazırlaşmaq vaxtının çatması deməkdir.

Ulusal.az xəbər verir ki, “İzvestiya”ya müsahibə verən analitiklər bu qənaətdədirlər.

“Borcell” analitik şirkətinin vitse-prezidenti Olqa Veretennikova bəyan edib ki, Avropa bazarı qaz təchizatı ilə bağlı problemlərə çox həssas olaraq qalır. Bunu Norveçdən gələn tədarükün azalması da göstərir. Avropa ABŞ və ya Qətər kimi daha çox qaza ehtiyac duya bilər. Veretennikov deyir ki, Asiya dövlətləri məhz bu təchizatçılara arxalanırlar. Yüksək tələbat yenidən qiymət artımına səbəb ola bilər.

Müstəqil sənaye eksperti Leonid Xazanov da eyni fikirdədir. O bildirib ki, hazırda Avropada paradoksal vəziyyət yaranır. Aİ-nin ABŞ, Avstraliya, Qətər və Nigeriyadan alacağı qaz hamı üçün kifayət etməyə bilər. Çin, Hindistan və Yaponiyanın da buna ehtiyacı var.

Analitik Tamara Safonova isə ildirib ki, ən çox enerji tələb edən müəssisələr bağlanır və Aİ-ni digər məhsulların, xüsusən də gübrələrin idxalından daha da asılı vəziyyətə gətirir.

“Energy Plus” şirkətinin inkişaf direktoru Pavel Marışev deyib ki, Avropanın enerji təhlükəsizliyinə daha bir zərbə 14-cü anti-Rusiya sanksiyalar paketi olacaq.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90