Azərbaycan və Şimali Kipr arasında könül birliyi, hər iki ölkə rəhbəri arasında münasibətlər, parlamentlərarası əlaqələr diqqət çəkir.
Ulusal.az xəbər verir ki, bunu Şimali Kipr Türk Respublikasının Bakıdakı nümayəndəliyinin rəhbəri Ufuk Turgener ölkəsinin müstəqilliyinin 41-ci ildönümü münasibətilə noyabrın 28-də keçirilən tədbirdə deyib.
Azərbaycan dövlətini və xalqını COP29-a uğurla ev sahibliyi səbəbindən təbrik edən U.Turgener ölkəmizə qələbə və nailiyyətlərin davamını arzu edib.
Ölkəsinin müstəqillik tarixindən danışan diplomat deyib: “Müstəqilliyimizin səbəbkarı mərhum Rauf Denktaş və şəhidlərimizi hörmətlə anırıq.
Qardaş Türkiyənin dəstəyi ilə öz ayaqları üztündə duran Şimali Kipr güclənməkdə savam edir”.
O, bildirib ki, Kipr adasında mövcud iki tərəf arasında münasibətlərin normal müstəviyə keçməsi uçun dəstək lazımdır.
Türkiyənin regionda və dünyada nüfuzunun artmaqda olduğunu bildirən diplomat ölkəsinin gələcək taleyi üçün
ŞKRP-nin Prezidenti Ersin Tatarın böyük səylər göstərdiyini qeyd edib. O, dünya ölkələrinin dəstəyinin vacibliyini vurğulayıb.
Səadət Hakıyeva