Həyati əhəmiyyət daşıyan orqan olan qaraciyərimizi qorumaq üçün ilk növbədə qida rasionumuza diqqət etməliyik.
Ulusal.az xəbər verir ki, rusiyalı mütəxəssislər qaraciyəri qorumaq üçün aşağıdakı tövsiyələri veriblər:
Hər şeydən əvvəl mütəxəssislər az yağlı ağ balıqlar yeməyi tövsiyə edib. Məsələn: sıf və mintay. Çovdar və buğda çörəyi də almaq daha yaxşıdır. Eyni zamanda tərəvəz supu və ya digər şorbalar da qaraciyər üçün faydalıdır. Sarısı az olan yumurta omleti də xeyirlidir.
Xüsusən də tərəvəz və bal qaraciyər üçün yaxşıdır. Bundan başqa, süd, yağsız kəsmik, kefir, qatıq, qara və yaşıl çay, itburnu suyu da qaraciyərin fəaliyyətinə müsbət təsir edir.