image-rt-reklam
image-erdoganbackend

Qarabağın azad edilməsi ilə bölgədə yeni dövr başladı – Ərdoğan

image-728x90

İşğal altında olan Qarabağın azad edilməsi ilə bölgədə yeni dövr başladı.

Ulusal.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Novruz bayramı münasibətilə təşkil olunan tədbirdə deyib.

Ərdoğan vurğulayıb ki, 2023-cü il fevralın 6-da baş verən zəlzələlərdən sonra qardaş Azərbaycan Türkiyəyə köməyə ilk gələnlərdən biri olub.

Onun sözlərinə görə, türk dünyası ölkələri üçün ən böyük dəyər birlikdir.

“Birgə səylər sayəsində bu birlik son illər daha da möhkəmlənib və bu, bütün sahələrdə əməkdaşlığın inkişafına öz töhfəsini verib”, – deyə Türkiyə lideri qeyd edib.

Ərdoğan qardaş ölkələrin birgə səylərlə yeni dünya düzəni quracağına və bu düzənin mərkəzində türk dünyasının olacağına inamını ifadə edib.

Türk dilli xalqları bayram münasibətilə təbrik edən siyasətçi Osmanlı dövrünə aid Novruz adət-ənənələrindən də danışıb.

Qeyd edək ki, Ərdoğan martın 21-nin ölkədə Baharın və Qardaşlığı Bayramı Günü kimi təsis ediləcəyini açıqlayıb və bu günün birliyin rəmzi kimi Türk Dövlətləri Təşkilatı nəzdində, birgə qeyd olunmasını təklif edəcəklərini deyib.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90