“Qarabağda ermənilərin aktivləşməsi Rusiya siyasi dairələrinin göstərişi ilə həyata keçirilir. Bu gün Rusiyadan gələn təbliğatçılar Qarabağda ermənilər arasında təbliğat aparır” – bu fikirləri Ulusal.az-a açıqlamasında politoloq Arzuman Muradlı bildirib.
Politoloq qeyd edib ki, Rusiya 10 noyabr bəyamnaməsinə xəyanət edir.
“Rusiya hakimiyyəti daxilində bəzi qüvvələr Qarabağda sabitliyin olmasının qəbul etmir. Bu qüvvələr hesab edir ki, gərginlik Rusiyanın daha çox bölgədə qalmasına şərait yarada bilər.Qarabağdakı aksiyalarda Rusiya barmağı var. Bu danılmaz faktdır. Amma indiki reallıq başqadır. Azərbaycan tezliklə bölgədə öz diktəsini edəcək. Tezliklə Qarabağda Azərbaycan bayrağı dalğalanacaq” -deyə Arzuman Muradlı bildirib.






















