image-rt-reklam
image-sulhmeramlibackend

Qarabağda təxribat başladı: Xocalıda ermənilərlə Rusiya sülhməramlıları arasında qarşıdurma – VİDEO

image-728x90

Qarabağda müvəqqəti yerləşdirilmiş Rusiya sülhməramlıları ilə ermənilər arasında insident yaşanıb.

Publika.az xəbər verir ki, ermənilər Rusiya sülhməramlılarının Xocalıdakı hərbi bazasına gedən yolu bağlayıblar. Bu barədə telerqam kanalları məlumat yayıb.

Onlar avtomobilləri yolun hərəkət istiqamətində saxlayıblar. Rusiya sülhməramlıları avtomobili əlləri ilə yoldan kənarlaşdırıblar.

Kadrlardan görünür ki, hadisə yerinə ermənilər də toplaşıblar və onlar hər an təxribat törətməyə hazırdırlar. Ermənilər Rusiya hərbçilərini onları blokadada saxlamaqda ittiham edir, hətta onların ünvanına təhqiramiz ifadələr də işlədirlər.

Ermənilərin təxribat hazırladığı haqda bir neçə mənbəyə istinadən daha əvvəl məlumat yayılıb. Onların həm Azərbaycan Ordusuna, həm də Rusiya sülhməramlılarına qarşı təxribat edəcəyi gözlənilirdi.

Separatçılar bu təxribatlarla beynəlxalq aləmdə fərqli ictimai rəylər yaratmaq istəyirlər.

Qeyd edək ki, bu gün BMT təhlükəsizlik Şurasında Ermənistanın xahişi ilə Laçın yolundakı məsələ müzakirə olunacaq.

Ermənilərin məhz bu məqamda təxribata əl atacaqları deyilirdi. Görünür, artıq başlayıblar.

 

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90