image-2000x150
image-5backend

Qarabağda sülhməramlılardan təxribat: Alban-udi icmasını Xudavəngə buraxmadı

image-728x90

Qarabağda müvəqqəti yerləşdirilmiş Rusiya sülhməramlıları Azərbaycanın Alban-Udi xristian icmasının nümayəndələrinin Kəlbəcər rayonundakı Xudavəng monastır kompleksini ziyarət etməsinə mane olub.

Bununla bağlı sosial şəbəkələrdə məlumat verilib.

“Sülhməramlılar deyir ki, bu ərazi bizimdir, sizin buraya keçməyə ixtiyarınız yoxdur. Nə vaxt icazə versələr, keçəcəyik”, – Alban-Udi xristian icmasının sədr müavini Rafiq Danakari deyib.

Qeyd edək ki, icma nümayəndələrinin Xudavəngə buraxılmaması ilə bağlı hələlik rəsmi açıqlama verilməyib.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90