image-2000x150
image-455631backend

Qarabağda separatçıların silah daşıdığı maşın – FOTO

image-728x90

Xəbər verdiyimiz kimi, Azərbaycan Ordusu ilə Qarabağda məskunlaşan erməni separatçı qüvvələri arasında silahlı insident yaşanıb.

Ulusal.az xəbər verir ki, Teleqram kanallarında əməliyyat zamanı separatçı qüvvələrə məxsus məhv edilən avtomobilin fotoları da paylaşılıb.

Məlumata görə, separatçı-terrorçular həmin avtomobillə Qarabağa qanunsuz silah daşıyırmış.

Qeyd edək ki, Xankəndi-Xəlfəli-Turşsu torpaq yolundan istifadə edilməklə Ermənistan Respublikasından hərbi ləvazimatların, silah-sursatın və şəxsi heyətin Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərinə daşınmasının həyata keçirilməsi baradə operativ məlumatlar daxil olub.

Martın 5-də səhər saatlarında daxil olmuş məlumatın yoxlanması məqsədilə qanunsuz hərbi daşınmalar həyata keçirən nəqliyyat vasitələri Azərbaycan Ordusunun bölmələri tərəfindən saxlanılaraq yoxlanılmasına cəhd göstərilib.

Qarşı tərəfdən atəş açılıb və baş vermiş atışma nəticəsində hər iki tərəfdən həlak olan və yaralananlar var.

Həmin fotoları təqdim edirik:

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90