image-2000x150
image-1-40backend

Qarabağda qarşıdurma: Xankəndidə “küçə döyüşləri”nə hazırlıq gedir  

image-728x90

Onu hədəfə alanlar isə Samvel Babayan və Ruben Vardanyandır. Buna səbəb isə Nersisyanın Vardanyanın adamlarını “vurması”, əsas postlardan çıxarmasıdır. Qəzet yazır ki, Vardanyan artıq adamlarını bir araya gətirərək, Nersisyanı hədəfə almağa başlayıb. O, komandası ilə birlikdə “dövlət naziri” haqqında kpmpromat toplayır, haqqında müəxtəlif şayələr yayır.

Məlumatda deyilir ki, Ruben Vardanyan hələ “dövlət naziri” işləyəndə bir sıra adamlarını mühüm yerlərə təyin edərək, onlara yaxşı pul xərcləyib. Həmin xərcləri isə öz cibindən deyil, Ermənistanın Qarabağa göndərdiyi maliyyədən ayırıb. Bundan başqa, o, Qarabağdakı bəzi “məmurların”, habelə nüfuzlu adamların övladlarının da adını işə yazdıraraq, onlara maaş verirmiş. Həmin adamların heç birinin işə gəlmədiyi də sonradan tam təsdiqlənib.

Vardanyan təkcə bu işlərlə deyil, başqa işlərlə də məşğul olub. Həmin məlumatda deyilir ki, Kremlin kuklası Xankəndidə olan zaman özünə ictimai əsaslarla çalışan “müşavirlər” təyin edib. Lakin Nersisyanın araşdırması zamanı məlum olub ki, həmin adamların heç biri ictimai əsaslarla işləməyib, əksinə yüksək maaş alıblar. Məsələn, Qarabağdakı qondarma “İnvestisiya Fondu”na aid olan qurumlarda iki təşkilatın qəyyumlar şurasının sədri olmuş Qriqori Martirosyan Ruben Vardanyan dövründə ictimai əsaslarla “müşavir” statusu ilə aylıq 2 milyon dram və ya 5000 dollar əmək haqqı alıb. Maraqlıdır ki, həmin qəyyumlar şurasının sədri, nəzarət etdiyi qurumlardan birinin 2022-ci ilin əvvəlindən demək olar ki, fəaliyyət göstərmədiyi halda, onlara da pul ayırıb.

“Jamanak” yazır: ““Yaşayan diyar” partiyasının həmtəsisçisi, həm də ictimai əsaslarla işləyən Ruben Vardanyanla birlikdə Qarabağa köçən başqa bir məsləhətçinin işi daha diqqətçəkəndir. Belə ki, Mesrop Arakelyan “İnvestisiya Fondu”nun təsis etdiyi təşkilatın qəyyumlar şurasında işləyərək, aylıq 1 milyon 200 min dram və ya 3000 dollar maaş alıb. Həmin qurum işləməsə də, sözügedən şəxs 2023-cü ilin aprelinə qədər həmin maaşı alıb”.

Erməni nəşri yazır ki, Nersisyanın həmin adamları işdən çıxarması, fondu ləğv etməsi vəziyyəti daha da pisləşdirib. Nəticədə, Vardanyan qondarma “dövlət naziri”ni hədələməyə başlayıb. “Əldə etdiyimiz məlumata görə, xüsusilə son günlər Ruben Vardanyan və bir sıra keçmiş və indiki məmurlar Arayik Harutyunyana təzyiqlərə başlayıblar. Onlar Qurgen Nersisyanın işdən çıxarılmasını tələb ediblər”.

Qeyd edək ki, Vardanyanın köməyinə çatanlardan biri də Samvel Babayan olub. O, Kremlin kuklası ilə birlikdə Qurgeni devirməyə hazır olduğunu bildirib. “Vardanyan isə Babayana bildirib ki,I onun Qarabağda “dövlət naziri” olmasına razıdır. Qarabağdakı mənbələr isə məlumat verir ki, hazırda Arayikin yanında anti-böhran şurasının rəhbəri təyin edilmiş Hayk Xanumyan və Tiqran Petrosyandan Nersisyana qarşı istifadə etməyə cəhd edilir. Samvel Babayan isə mayın 15-dən Harutyunyanın onu “dövlət naziri” təyin etməsi tələbi ilə sərt küçə mübarizəsinə başlayacağını bəyan edib”.jamaz

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90