image-2000x150
image-antiterrorbackend

Qarabağda da döyüş başlayır: Bakı bu hədəfləri məhv edəcək

image-728x90

Qarabağda da döyüş başlayır: Bakı bu hədəfləri məhv edəcək

Ermənistan sərhəddə təxribatlar törətdiyi vaxt Qarabağdakı separatçılar da hərəkətə keçib.

Ulusal.az xəbər verir ki, separatçılar Tərtər, Xocalı, Şuşa və Laçın rayonları istiqamətlərində ordumuza qarşı 9 dəfə atəş açıb.

Sərhədlə yanaşı, Qarabağda da təxribatlar gözləniləndir.

Birincisi, Ermənistan Brüssel və Moskva görüşündən öncə sərhəddə eskalasiya yaratmaqla masadakı gündəliyi arxa plana keçirməyə çalışır: bu gündəlik Qarabağın Azərbaycan ərazisi kimi tanındığı sənəddən ibarətdir;

İkincisi, separatçılar Bakı və İrəvanın danışıqlar masasına əyləşməsindən öncə silahlı qarşıdurma yaratmaqda və bununla “Azərbaycan ermənilərə qarşı silah işlədir, birgəyaşayış və inteqrasiya mümkün deyil” rəyini formalaşdırmaqda maraqlıdır;

Təxribatların həm sərhəddə, həm Qarabağda davam edəcəyi gözləntisi var. Mümkündür ki, rəsmi Bakı Brüssel görüşündə Qarabağ məsələsinin tamamilə gündəmdən çıxarılmasını önə sürəcək və görüşdən öncə suverenliyimzə qarşı təhdid olan separatçıların lığv edilməsi istiqamətində praktiki addımları intensiləşdirəcək. İlk növbədə separatçıların ordumuza qarşı atəş açdığı mövqelər legitim hədəf olaraq məhv edilə bilər.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90