“Azərbaycanın Qarabağda anti-terror əməliyyatı keçirməsi qaçılmazdır. Görünən odur ki, ermənilər hələ də sülhün nə olduğunu anlamır. Bunu Qarabağdakı rejimin “dövlət naziri” Qurgen Nersisyanın Qarabağın “blokadası”ndan danışarkən ultimatum formasında bəyanatı da açıq göstərir. Erməni “dövlət naziri” bildirib ki, “Bütün bunlara son qoyulmalıdır, artsax xalqının səbri sonsuz deyil”.” – Ulusal.az xəbər verir ki, bu fikirləri politoloq Arzuman Muradlı bildirib.
Politoloq hesab edir ki, ermənilərin bu tipli bəyanatları sübut edir ki, anti-terror əməliyyatı qaçılmazdır və bu olacaq.
“Azərbaycanın səbri sonsuz deyil. Elə Ali Baş Komandan İlham Əliyev də son çıxışında bunu bir daha bəyan etdi. İstənilən an anti-terror əməliyyatı başlaya bilər və erməni silahlı dəstələri Qarabağdan təmizlənə bilər. Sadəcə Azərbaycan hələ də təmkinli davranır.”- deyə Arzuman Muradlı bildirib.























