image-2000x150
image-media-1677060887_arzuman-teze-1-2-z4v90wibp7m5ftq2luoabackend

“Qarabağda anti-terror əməliyyatı qaçılmazdır” -Arzuman Muradlı

image-728x90

“Ermənilər danışıqlardan imtinası onu deməyə əsas verir ki, Azərbaycan öz torpaqlarında anti-terror əməliyyatı keçirməlidir.”Ulusal.az xəbər verir ki, bu fikirləri politoloq Arzuman Muradlı bildirib.

Politoloq hesab edir ki, ermənilərin danışıqlardan imtinası onu göstərir ki, onlar sülh danışıqlarından yayınırlar.

” Qarabağda baş verənlər bunu deməyə əsas verir ki, ermənilər Azərbaycanın təklif etdiyi görüş planından imtina ediblər. Bu gün isə erməni tərəfi etiraf etdi ki, Laçın yolundan yan keçərək Ermənistanla alternativ əlaqə qurulub və fəaliyyət göstərirlər. Azərbaycan tərəfi rusiyalı sülhməramlıların müşayiətilə erməni avtomobil karvanının alternativ yol ilə hərəkət etməsinə dair videonu yaydıqdan sonra separatçılar aşağıdakı etirafı ediblər: Azərbaycan tərəfinin yaydığı videoda hərbi texnika deyil, Fövqəladə Hallar Nazirliyinə məxsus maşınlar yer alıb. Xilasedicilər Şuşadan yan keçərək dağ yoluyla Rusiya hərbçilərinin müşayiətilə Qarabağda qalan vətəndaşları Ermənistana aparıblar. Deyilənlərdən belə nəticəyə gəlmək olar ki, erməni tərəfi Şuşadan yan keçməklə Xankəndidən Qeybalı və Xəlfəli kəndləri vasitəsilə Zarıslıya, daha sonra Laçın yoluyla nəqliyyatın hərəkətini təşkil ediblər.Bu vəziyyətdə Rusiya sülhməramlılarının baş verənlərdə rolu ilə bağlı sual yaranır. Hesab edirəm ki, Azərbaycan tərəfi yezliklə ermənilərin bu alternativ yolunu qapadacaq. Təxribat törədən erməni separatçıları məhv ediləcək. Görünən isə odur ki, artıq genişmiqyaslı anti-terror əməliyyatı qaçılmazdır” – deyə Arzuman Muradlı bildirib.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90